Loyallıq idarəsi/satış və tərəfdaşlıqlar şöbəsinin rəhbəri

"Azərbaycan Hava Yolları" QSC

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Tərəfdaşlıq portfelinin genişləndirilməsi və mövcud tərəfdaşlarla biznesin inkişafını təmin etmək
Şöbənin satış planını hazırlamaq, icrasına nəzarət etmək və hədəflərin yerinə yetirilməsini təmin etmək
Cəlb etmə və satış imkanlarını idarə etmək və tərəfdaşların proqrama qoşulma prosesini təmin etmək
Kommersiya təkliflərinin və əməkdaşlıq modellərinin hazırlanmasına rəhbərlik etmək, müqavilə danışıqlarını aparmaq;
Yeni tərəfdaş, məhsul, xidmət və kampaniyalar üzrə business case hazırlamaq və onların kommersiya səmərəliliyini qiymətləndirmək;
Tərəfdaşlıqlarla bağlı kommersiya, maliyyə və əməliyyat risklərini aidiyyəti bölmələrlə birlikdə idarə etmək;
Yeni vendorların seçilməsi, texnoloji həllərin və inteqrasiya layihələrinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
Şöbənin büdcəsini idarə etmək, müntəzəm performans hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
Şöbə əməkdaşlarının fəaliyyətini planlaşdırmaq, inkişafını dəstəkləmək və performansını qiymətləndirmək;
Satış, marketinq, maliyyə, hüquq və texnologiya və digə aidiyyatı bölmələr ilə koordinasiyalı əməkdaşlığı təmin etmək.

Tələblər
Ali təhsil (bakalavr dərəcəsi);
Müvafiq sahələr üzrə minimum 5 il iş təcrübəsi;
Azərbaycan dilini C2, ingilis və rus dillərini minimum B1 səviyyəsində bilmək;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqların aparılması, qərarvermə və problem həll etmə bacarıqları;
Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;
Strateji düşünmə, analitik yanaşma və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
Komandanı idarə etmək, əməkdaşların inkişafını dəstəkləmək və nəticəyönümlü iş mühitini formalaşdırmaq bacarığı.

İş qrafiki:

5 günlük.



İş yeri:

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Şirkət haqqında

"Azərbaycan Hava Yolları" QSC
Baku

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.

"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Loyallıq idarəsi/satış və tərəfdaşlıqlar şöbəsinin rəhbəri
Müraciət et