Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Əsas Tələblər:

  • İqtisadiyyat, Biznesin idarəedilməsi, Logistika və ya Maliyyə sahəsi üzrə ali təhsil;
  • Satınalma/Təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə (Team Lead/Manager) minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dilli (Sərbəst yazılı və şifahi), Rus dili biliyi üstünlükdür;
  • Müqavilə idarəçiliyi, strateji planlaşdırma və güclü danışıqlar aparmaq bacarığı;
  • Məlumatları analiz etmə, problem həll etmə və sürətli qərar vermə qabiliyyəti
  • Yüksək məsuliyyətlilik, operativlik və liderlik xüsusiyyətləri.

Əsas Vəzifə Öhdəlikləri:

  • Şirkətin satınalma siyasətini formalaşdırmaq, təchizat zənciri strategiyasını qurmaq və prosesləri optimallaşdırmaq;
  • Satınalma büdcəsini planlaşdırmaq, xərclərin analizini aparmaq və xərclərə qənaət (cost saving) layihələrini idarə etmək;
  • Yerli və xarici təchizatçı bazasını genişləndirmək, strateji tərəfdaşlıqlar qurmaq və təchizatçı performansını (KPI) qiymətləndirmək;
  • Yüksək büdcəli müqavilələr üzrə kommersiya şərtlərini (qiymət, ödəniş, logistika) müzakirə etmək və ən əlverişli şərtləri təmin etmək;
  • Müqavilələrin hüquqi və maliyyə risklərini minimuma endirmək, icra müddətlərinə nəzarət etmək;
  • Təchizat komandasının fəaliyyətini koordinasiya etmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;
  • Rəhbərliyə bazar trendləri, stok vəziyyəti və satınalma effektivliyi barədə mütəmadi analitik hesabatlar təqdim etmək.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis Xidməti Mövcuddur

Şirkət haqqında

Veysəloğlu Şirkətlər Qrupu
FMCG · Baku

Veysəloğlu — Azerbaijan's largest FMCG distribution and production group, partner of major international brands.

Veysəloğlu Şirkətlər Qrupu — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təchizat meneceri
Müraciət et