Satınalma üzrə baş mütəxəssis

Anonim işəgötürən

Vakansiya haqqında

Şirkətin neft və qaz, tikinti, mədənçilik, istehsalat və dövlət satınalmaları sahələri üzrə yerli və beynəlxalq satınalma proseslərinin səmərəli idarə edilməsini təmin edir, strateji təchizatçı əlaqələrinin qurulmasında, tenderlərin idarə olunmasında və satınalma fəaliyyətlərinin şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsində iştirak edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma ehtiyaclarını planlaşdırmaq, tələbnamələri təhlil etmək və satınalma proseslərini vaxtında və səmərəli şəkildə həyata keçirmək;
  • Yerli və xarici təchizatçıların araşdırılmasını, qiymətləndirilməsini və seçimini həyata keçirmək, etibarlı təchizatçı bazasını formalaşdırmaq və davamlı olaraq yeniləmək;
  • Qiymət sorğuları (RFQ), tender və kommersiya təkliflərinin hazırlanmasını, qiymətləndirilməsini və müqayisəli təhlilini aparmaq;
  • Təchizatçılarla qiymət, çatdırılma müddəti, ödəniş şərtləri, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək;
  • Satınalma proseslərinin şirkətin daxili prosedurlarına, HSE tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun icrasını təmin etmək;
  • Tender sənədlərinin hazırlanması və dövlət, eləcə də özəl sektor layihələri üzrə satınalma proseslərinin koordinasiyasında iştirak etmək;
  • Satınalma büdcəsinə və xərclərə nəzarət etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • Logistika, gömrük rəsmiləşdirilməsi və malların vaxtında çatdırılması proseslərini aidiyyəti şöbələrlə koordinasiya etmək;
  • Təchizat zəncirində yarana biləcək riskləri qiymətləndirmək, alternativ həllər hazırlamaq və fasiləsiz təchizatı təmin etmək;
  • Satınalma fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi və ya digər aidiyyəti sahələr üzrə);
  • Satınalma sahəsində minimum 5 il;
  • Yerli və beynəlxalq satınalma, tender və müqavilələrin idarə edilməsi sahəsində bilik və təcrübə;
  • Neft və qaz, tikinti, istehsalat və ya sənaye sahələrində satınalma təcrübəsi üstünlükdür;
  • Analitik düşünmə, danışıqların aparılması və qərarvermə bacarığı;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli, ERP və ya 1C sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • Təchizat və satınalma fəaliyyəti olan şirkətlərdə təcrübəsinin olması üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli; rus dili biliyi üstünlükdür.

Əmək şəraiti:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Pozitiv və dinamik iş mühiti;
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
  • İş vaxtı: 09:00–18:00;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
1 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
15

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

92 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş qrafiki Bazar ertəsi – Cümə, saat 09:00–18:00-dır.

İş yeri Bakı şəhərindədir.

Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Agro-West Pro
Middle · 1+ ilBakı
1 000₼

Satınalma üzrə mütəxəssis bazar araşdırması aparır və satınalma proseslərini idarə edir.

Market ResearchBudget ControlSupplier Relationship ManagementContract Preparation+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satınalma üzrə baş mütəxəssis
Müraciət et