Korporativ müştərilərin məhsul tələblərini idarə edən və satınalma üzrə təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: Həftəiçi 08:00 – 17:00, Şənbə 10:00 – 13:00
- Məkan: Bakı şəhəri, Nərimanov rayonu
- Əməkhaqqı: 600 - 800 AZN (fiks) + Performans üzrə bonuslar (KPI)
Əsas öhdəliklər:
- Yerli və xarici təchizatçı bazasının araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli analizin aparılması
- Satınalma sifarişlərinin vaxtında və daxili prosedurlara uyğun rəsmiləşdirilməsi
- Təchizatçılarla ilkin danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılmasına dəstək göstərilməsi
- Sifariş olunan mal və xidmətlərin çatdırılma müddətinə, eləcə də keyfiyyətinə nəzarət olunması
- Beynəlxalq və local logistika, idxal və gömrük prosedurları
- Satınalma sənədlərinin (hesab-faktura, qaimə, təhvil-təslim aktları) sistemli uçotunun aparılması və mühasibatlığa təhvil verilməsi
- Təchizatçı bazasının mütəmadi yenilənməsi və hesabatlığın təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Logistika və ya əlaqəli sahələr)
- Satınalma, təchizat və ya logistika sahəsində 1 il və daha çox , təcrübə proqramı keçmiş olmaq (üstünlükdür)
- MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək
- Azərbaycan dilini səlis bilmək (Rus və ingilis dil biliyi arzuolunandır)
- Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Rəqabət qabiliyyətli gəlir: 600- 800 AZN (fiks ) + aylıq KPI bonusları
- Nahar yeməyi təminatı
- Korporativ nömrə və balans
- Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı
- Satınalma sahəsində təlimlər, karyera yüksəlişi və inkişaf perspektivləri
- Şirkətidə sosial fəaliyyətlərdə iştirak imkanı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 99 350 49 96
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satınalma mütəxəssisi üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 250 ₼.
104 açıq vakansiya, 33 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
2020-ci ildə Bakı şəhərində təsis edilən Retinalab şirkəti oftalmologiya sahəsinə köklənən və bu sahədə A-dan Z-yə mütəxəssisləşməyi özünə hədəf seçən professional komandası ilə birgə fəaliyyət göstərən tibbi şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhəri, Nərimanov rayonundadır.
Həftəiçi 08:00 – 17:00, şənbə 10:00 – 13:00 iş saatlarıdır.
600-800 AZN fiks əməkhaqqı və aylıq KPI bonusları təklif olunur.
Ali təhsil və satınalma, təchizat və ya logistika sahəsində ən azı 1 il təcrübə tələb olunur.
MS Office proqramları, xüsusilə MS Excel yaxşı səviyyədə bilməlidir.
Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır.
CV-lər mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd edilərək elektron ünvana göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Xarici təchizatçılarla sifarişlərin idarə olunması və sənədlərin yoxlanılması bacarığı tələb olunur.
Təchizat və satınalma proseslərini idarə edir, güclü analitik bacarıqlara malikdir.
Təchizatçıların seçimi və qiymət müqayisəsi aparır, ən azı 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




