Təchizat və satınalma proseslərini idarə edir, ticarət danışıqlarında təcrübə tələb olunur.
Vakansiya haqqında
Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Tələblər:
- İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil
- Ən azı 2–3 il iş təcrübəsi; çoxsahəli satınalma təcrübəsi üstünlükdür.
- Əla səviyyədə MS Office biliyi
- Əla səviyyədə ingilis dili biliyi
- CIPS sertifikasiyasına üstünlük verilir
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Satınalmanın təşkili: 3 törəmə müəssisənin hər biri üzrə illik satınalma dəyəri 150 000 AZN-ə qədər olan bütün əməliyyat xarakterli alışların (avadanlıq, ehtiyat hissələri, alətlər, xidmətlər və digər istismar materialları) qrupun satınalma qaydalarına uyğun sorğu, təkliflərin müqayisəli təhlili və vaxtında/sərfəli satın alınması, tədarükü.
- Törəmə şirkətlərin təchizatçılarının ilkin və təkrar qiymətləndirilməsi prosesinin aparılması
- Törəmə müəssisələr üzrə təchizatçıların satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət etmək və müvafiq müəssisənin Maliyyə şöbəsinə ayın vaxtında bağlanışı üçün təhvil verilməsi.
- Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma müddəti və şərtlər cəhətdən müqayisəli təhlili və ən sərfəli təchizatçının seçilməsi.
- Tullantıların İdarə Olunması Proseduruna müvafiq olaraq Satınalma və logistika şöbəsinə aid məsuliyyətlər üzrə müvafiq əməliyyatların yerinə yetirilməsi
- Tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Törəmə müəssisələr üzrə təchizatçı seçimi formasının və alış sifarişlərinin hazırlanması.
- Çatdırılmaların hər bir törəmə müəssisənin əməliyyat ehtiyaclarına uyğun əlaqələndirilməsi.
- Sənədlərin müvafiq müəssisədə tətbiq olunan idarəetmə sistemi standartlarına (ISO 9001 və s.) uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq.
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm OJSC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satınalma sorğularını idarə edir və təchizatçı təkliflərini analiz edir, 1 il təcrübə tələb olunur.
Ofisin gündəlik fəaliyyətini idarə edir və MS Office bilikləri tələb olunur.
Tikinti materiallarının satınalmasını həyata keçirir və bazar araşdırması aparmaq bacarığı tələb olunur.


