Vakansiya haqqında

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur. Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.

Namizədə aid tələblər:

  • Ali təhsilli olması;
  • Azərbaycan dili - mükəmməl, ingilis dili - orta səviyyədə, rus dili – arzuolunandır;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • MS Office üzrə yaxşı biliklər, ERP sistemlərində (1C, İİKO) sərbəst işləmək bacarığı;
  • Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq bacarığı və təcrübəsi;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
  • Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, qərarvermə və komandada işləmək bacarıqları;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması, işgüzar əlaqələrin qurulması və idarə olunması;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi proseslərinin effektiv icrasının təmin edilməsi;
  • Yerli və xarici bazar araşdırmalarının aparılması və yeni təchizatçıların müəyyən edilməsi;
  • Şirkətin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq edərək, zəruri mal və materialların vaxtında və düzgün şəkildə təmin olunması məqsədilə sifarişlərin verilməsi, prosesə nəzarət və tədarükün icrasında iştirak;
  • Təchizat müqavilələrinin bağlanması zamanı keyfiyyət, qiymət və xidmət amilləri nəzərə alınmaqla ən optimal şərtlərin əldə olunması üçün danışıqların aparılması;
  • Şirkətdaxili sifarişlərin anbar ehtiyatları və satış göstəriciləri ilə təhlil edilməsi və aidiyyəti şöbələrin məhsullarla təmin olunmasına nəzarət;
  • Şirkətin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə təchizatçı ehtiyatının daim nəzarətdə saxlanılması;
  • Logistika proseslərinin təşkili və icra müddətlərinə nəzarət edilməsi;
  • Təchizat və logistika xərclərinin təhlilində iştirak və optimallaşdırma üzrə təkliflərin hazırlanması;
  • Satış proqnozlarının formalaşdırılması və planlaşdırma prosesində iştirak;
  • AQTA ilə bağlı sənədlərin alınması və müvafiq proseslərin koordinasiyası;
  • Yüklərin daşınması və müşayiəti üzrə müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əməkhaqqı 1000-1500 Azn;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
9 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
9 oktyabr 2026

Şirkət haqqında

Krispy Kreme
Mehmanxana və ictimai iaşə xidmətləri, Restoran və katerinq xidmətləri · Baku

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur.

Krispy Kreme — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azdizayn Group
Middle · 3+ ilBakı
800–1 000

Tikinti materiallarının satınalmasını həyata keçirir və bazar araşdırması aparmaq bacarığı tələb olunur.

Market ResearchOrder ManagementReport PreparationTeamwork+11
Müraciət etAsan müraciətAsan müraciət
Novex Group
Middle · 1–3 ilBakı
Maaş göstərilməyib

Məhsul və xidmətlərin satınalmasını həyata keçirir, təchizatçıları qiymətləndirir və danışıqlar aparır.

ProcurementNegotiationMarket ResearchTeamwork+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 000–1 500 ₼
Təchizat üzrə mütəxəssis
Müraciət et