Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Ümumi tələblər
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi (minimum 3 il rəhbər təcrübəsi);
- “Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
- Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı (xüsusilə, Excel);
- Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
- Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.
Vəzifə öhdəlikləri
- Əməkdaş şirkətlərlə danışıqların aparılmasını təmin edir;
- Əməkdaşlıq müqavilələrinin hazırlanmasını təşkil edir;
- Ölkə daxilində qeydiyyatı olmayan məhsulların qeydiyyat prosesini təşkil edir;
- Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsini təmin edir.
- Logistika şöbəsinin əməkdaşlarını verilmiş sifariş əsasında xarici şirkətlərin göndərdiyi
- məhsulların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərlə öncədən məlumatlandırır;
- Məhsulların satışlarına nəzarət edir, ehtiyac olduqca müxtəlik aksiyalar təklif edir.
- Satışa yararsız məhsulların utilizə olunması prosesini təşkil edir;
- Utizilə olunmuş məhsullara görə xərcləri hesablayır;
- Hesablanmış xərclər üzrə təzminatların alınmasına nəzarət edir.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Şirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek şəbəkəsinin idarə olunması istiqamətində ölkə üzrə geniş fəaliyyət göstərir. Zeytun Pharmaceuticals ölkənin bütün regionlarını əhatə edən geniş logistika və satış infrastrukturu ilə fəaliyyət göstərərək, dövlət və özəl tibb müəssisələrinin etibarlı tərəfdaşlarından biri hesab olunur. Şirkət beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edir və yüksək keyfiyyət, təhlükəsizlik və beynəlxalq standartlara uyğun xidmət prinsiplərini əsas tutur. Hazırda şirkətin Bakı və regionlar daxil olmaqla 1000+ əməkdaşı , yüzlərlə aptek və geniş distribusiya şəbəkəsi mövcuddur. Şirkət Azərbaycanın farmasevtika sektorunda ən böyük və sürətlə inkişaf edən şirkətlərdən biri kimi tanınır.
Zeytun Pharmaceuticals — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



