Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Satınalma Mütəxəssisi (Procurement Specialist)

📍 İş yeri: Bakı (Layihələrdən asılı olaraq ezamiyyət mümkündür)

Vəzifə öhdəlikləri
  • Yerli və xarici təchizatçılarla əməkdaşlıq etmək və yeni təchizatçılar araşdırmaq;
  • Qiymət təkliflərini toplamaq, müqayisə etmək və ən uyğun təklifləri təqdim etmək;
  • Satınalma sifarişlərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Müqavilələrin hazırlanması və təchizat prosesinin izlənilməsində iştirak etmək;
  • Materialların vaxtında çatdırılmasına nəzarət etmək;
  • Satınalma sənədlərini düzgün şəkildə hazırlamaq və arxivləşdirmək;
  • Şirkətin satınalma siyasətinə uyğun fəaliyyət göstərmək;
  • Digər şöbələrlə koordinasiyalı işləmək.
Tələblər
  • Satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, ingilis dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək (xüsusilə Excel);
  • ERP və ya satınalma proqramları ilə işləmə bacarığı üstünlükdür;
  • Analitik düşünmə və güclü danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.
Təklif edirik
  • Peşəkar və dinamik iş mühiti;
  • Yerli və beynəlxalq layihələrdə iştirak imkanı;
  • Karyera inkişafı perspektivi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
Müraciət qaydası

Tələblərə uyğun namizədlərdən CV-lərini "Satınalma Mütəxəssisi" başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur.

📧 HR/E-mail: ranamammadova@temhopool.com

📧 Info: info@temhopool.com

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Haqqımızda

Temhopool MMC hovuz, SPA, fontan və su mühəndisliyi sahəsində fəaliyyət göstərən peşəkar mühəndislik şirkətidir. Şirkətimiz yaşayış, kommersiya və turizm layihələri üçün layihələndirmə, tikinti, quraşdırma, servis və texniki dəstək xidmətləri təqdim edir.

Biz keyfiyyət, innovasiya və peşəkarlığı əsas prinsiplərimiz hesab edir, komandamıza öz sahəsində təcrübəli və məsuliyyətli mütəxəssisləri cəlb etməyə davam edirik.

Şirkət haqqında

TemHO Pool MMC
Construction · 51-200 · Bakı

Hovuz/Spa/Biolojik Göllər/Fontanlar/ layihənəndirilməsi və Tikintisi sahəsində lider şirkət | TEMHOPOOL | Hovuz Memarlığı 🏗️ Professional Hovuz və Spa Sistemləri 🌊 Süni Çimərlik, Göl, Olimpik və Yansıma hovuzları ⛲ Fəvvarə və Spa kompleksləri

TemHO Pool MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma Uzmanı
Müraciət et