Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.



Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaş axtarırıq.

· Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək;

· Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək;

· Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək;

· Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək;

· Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq;

· Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq;

· Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq;

· Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq;

· Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək;

· Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək;

· Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək;

· Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.

Tələblər

· Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya digər müvafiq sahə üzrə);

· Təchizat, satınalma və ya logistika sahəsində ən azı 2 il iş təcrübəsi;

· Müqavilələrin, kommersiya təkliflərinin və tender sənədlərinin hazırlanması bacarığı;

· Satınalma və təchizat proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun icrası üzrə biliklər;

· Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı;

· Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür.

Şirkət haqqında

PASHA Property Management
Baku

PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik. Müasir texnologiyalar və peşəkar komandamız sayəsində müştərilərimizə rahat və təhlükəsizlik mühit yaradır, onların daşınmaz əmlaklarının dəyərinin uzunmüddətli artımını təmin edirik. Bazarda etibarlı və prestijli tərəfdaş olaraq PAŞA Property Management hər bir layihədə bənzərsiz keyfiyyətə və lüksə zəmanət verir.

PASHA Property Management — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təchizat üzrə mütəxəssis
Müraciət et