Müştərilərlə işləyərək kredit satışını həyata keçirir və kredit analizini aparır.
Vakansiya haqqında
Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə Baş mütəxəssis axtarır. Namizəd satınalma proseslərini müstəqil şəkildə idarə edəcək, təchizatçıların seçimi və qiymətləndirilməsini həyata keçirəcək, bazar araşdırmaları aparacaq və satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edəcək.
Vəzifə öhdəlikləri
- Daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılması, təşkili və koordinasiya edilməsi;
- Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək;
- Tender və qiymət sorğusu proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək;
- Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və optimal satınalma təklifləri hazırlamaq;
- Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və əməkdaşlıq münasibətlərini idarə etmək;
- Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin icrasını izləmək;
- Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
- Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək;
- Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.
Tələblər
- İqtisadiyyat, idarəetmə və ya digər uyğun sahə üzrə ali təhsil;
- Satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
- Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə;
- Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;
- Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı;
- Təchizatçılarla danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək bacarığı;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
- Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Korporativ loyallıq proqramına üzvlük
- Geniş təminatlı tibbi sığorta
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Facility Management Group — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Dövlət satınalmalarını qanunvericiliyə uyğun idarə edir və tender proseslərini təşkil edir.
Dövlət satınalmalarını qanunvericiliyə uyğun idarə edir və müqavilələr hazırlayır, 4 il təcrübə tələb olunur.
Satınalma üzrə mütəxəssis satınalma tələblərini formalaşdırır və bazar araşdırması aparır.


