Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Qurumun ehtiyaclarına uyğun mal, iş və xidmətlərin satınalma proseslərini planlaşdırmaq, təşkil və icra etmək;
  • Satınalma prosedurlarını Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinin tələblərinə uyğun həyata keçirmək;
  • Texniki tapşırıqların, satınalma şərtlərinin və digər satınalma sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Təchizatçılarla yazışmaları və danışıqları aparmaq, daxil olan təklifləri qiymətləndirmək və müqayisəli təhlillər hazırlamaq;
  • Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasını həyata keçirmək;
  • Müqavilələrin icra vəziyyətini izləmək, təchizatçıların öhdəliklərini vaxtında yerinə yetirməsinə nəzarət etmək;
  • Dövlət satınalmalarının elektron portalında əməliyyatları həyata keçirmək;
  • Satınalma prosesləri ilə bağlı daxili prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Qurumun kibertəhlükəsizlik istiqamətində fəaliyyətini nəzərə alaraq İKT avadanlıqları, proqram təminatı, lisenziyalar və kibertəhlükəsizlik həllərinin satınalınması proseslərində iştirak etmək.

Tələblər:

  • Ali təhsil;
  • Satınalma və ya inzibati idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dövlət və ya publik hüquqi şəxslərdə iş təcrübəsi mütləqdir;
  • "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununu və satınalmaları tənzimləyən digər normativ hüquqi aktları dərindən bilməli;
  • Elektron satınalma sistemi ilə işləmək bacarığı;
  • İT avadanlıqları, proqram təminatı və lisenziyaların satınalınması üzrə təcrübə üstünlük hesab edilir;
  • İngilis dili biliyi vacibdir.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma üzrə baş mütəxəssis
Müraciət et