ProcurementMarket ResearchNegotiation
Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
7 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma tələblərinin toplanması, təhlili və icra olunması;
- Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
- Xüsusilə Çin və digər beynəlxalq bazarlardakı təchizatçılarla qiymət, keyfiyyət və satınalma şərtləri üzrə danışıqların aparılması;
- Kommersiya təkliflərinin toplanması, müqayisəli təhlili və qiymətləndirilməsi;
- Satınalma sifarişlərinin hazırlanması və prosesin izlənilməsi;
- Çatdırılma, logistika və təchizat zənciri proseslərinin koordinasiyası;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası (aidiyyəti şöbə ilə) və idarə olunmasına dəstək göstərilməsi;
- Daimi bazar araşdırmalarının aparılması və alternativ təchizatçı bazasının formalaşdırılması;
- Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əmək haqqı 1800-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Satınalma (xüsusilə xarici satınalma və Çin bazarı ilə iş) sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya Logistika sahəsində olması arzuolunandır);
- Azərbaycan dili səlis, xarici tərəfdaşlarla birbaşa danışıqlar və yazışmalar apara biləcək dərəcədə ingilis dili biliyi tələb olunur;
- 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Güclü danışıqlar aparma və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ProcurementSupply Chain ManagementVendor Management
Contract ManagementComparative Analysis1C
ProcurementMarket ResearchPrice analysis

