ProcurementQuality ControlSupply Chain Management
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Əsas Vəzifə Öhdəlikləri
- Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Ehtimal qiymətinin hazırlanması və protokollaşdırılması, Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Satınalma Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.) tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Satınalma Komissiyasına məlumat vermək;
- Tenderin nəticələrinə dair yekun protokolu hazırlamaq və Satınalma Komissiyası tərəfindən imzalanmasını təmin etdik, proses Dövlət Satınalmaları Qaydalarına uyğun keçirilərsə protokol imzalandıqdan sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Şöbənin fəaliyyətinə dair Hesabatların hazırlanması, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Rəqabət mühitinin formalaşdırılması məqsədilə bazarın mövcud vəziyyəti və bazar imkanları barədə araşdırmaların aparılması prosesində iştirak etmək;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili arzuolunandır;
- MS Office, Excell proqramlarında yaxşı səviyyədə istifadəçi bacarığı tələb olunur;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə bacarıqları, analitik düşünmə.
- Ali təhsil
- Satınalmalar və Dövlət satınalmaları üzrə ən az 2 illik təcrübə.
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Şirkət haqqında
"AzerGold" CJSC
Mining & Metals · Baku
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
"AzerGold" CJSC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ProcurementSupply Chain ManagementVendor Management
Cost AnalysisContract ManagementProcurement
Cost OptimizationContract Negotiation1C



