Məhsul və xidmətlərin satınalmasını idarə edir, vendorlarla əlaqələri qurur və 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
PAŞA Property Management “ Təchizat üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- İllik Satınalma planının yaradılmasında iştirak etmək;
- Bazar və məhsul araşdırması aparmaq və xərcləri təhlil etmək;
- RFQ, RFP və Tender proseslərini təşkil etmək;
- Texniki və kommersiya qiymətləndirmələrinin aparılmasını koordinasiya etmək;
- Qiymət müqayisə cədvəllərini hazırlamaq;
- Satınalma qərarlarının əsaslandırılmasını təmin etmək;
- ERP sistemində Purchase Order (PO) hazırlanmasını və sifarişlərin yerləşdirilməsini təmin etmək;
- Layihə rəhbərləri və daxili sifarişçilərlə məhsul və xidmətlərin səmərəli axını üzrə mütəmadi əlaqənin təmin olunması;
- Keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq;
- Müqavilələrin yaradılması və icrasına nəzarət;
- Qiymət, çatdırılma və uyğunluq əsasında uyğun təchizatçıları qalib olaraq təltif olunması üçün təqdim etmək.
Şirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
PASHA Property Management — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Korporativ müştərilərlə əlaqələr qurur və inkişaf etdirir, minimum 3 il satış təcrübəsi tələb olunur.
Xarici satınalmalar üzrə mütəxəssis kimi təchizatçıları araşdırır və danışıqlar aparır.
İstehsal və satınalma proseslərini idarə edir, bazar araşdırması və qiymət müqayisəsi bacarığı tələb olunur.



