Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
İş rejimi:
- I–V günlər: Tam iş günü (08:30-dan 17:30-dək)
- Şənbə: Natamam iş günü (saat 08:30-dan 13:30-dək)
- Bazar: İstirahət günü
Climaservice Baku MMC — iqlimləndirmə və havalandırma sistemlərinin satışı, quraşdırılması və servis xidməti üzrə ixtisaslaşmış etibarlı mühəndislik şirkətidir.
Tələblər:
- Yalnız xanım namizədlər
- Ən azı 1 il təchizat işləri üzrə təcrübə
- ERP proqramı üzərindən təchizat proseslərinin izlənilməsi və idarə olunması (proqram öyrədilir)
- MS Office proqramlarında sərbəst işləmək
- Analitik düşünmə və güclü ünsiyyət bacarıqları
- Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi arzuolunandır
- Məsuliyyətli və operativ olmaq
Vəzifə öhdəlikləri:
- Texniki avadanlıqlar və materialların təchizat prosesinin təşkili
- ERP sistemi üzərindən sifarişlərin izlənilməsi və nəzarətdə saxlanılması
- Təchizatçılarla yazışmalar və danışıqların aparılması
- Qiymət təkliflərinin toplanması və müqaisəsi
- Sifarişlərin vaxtında çatdırılmasına nəzarət
- Anbar və layihə komandası ilə koordinasiya
Şərtlər:
- 750-1000 manat arası əmək haqqı
- Karyera inkişafı imkanı
- Stabil və peşəkar iş mühiti
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində "Təchizat üzrə köməkçi" qeyd edilməlidir.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
750–1 000 ₼
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 oktyabr 2026
Şirkət haqqında
Clima Service
Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 