Vakansiya haqqında

İş haqqında məlumat

  • Təchizatçılar ilə əlaqələrin qurulması;
  • Satınalma sənədlərinin hazırlanması;
  • Satınalma müqavilələrinin hazırlanması;
  • Logistikanın təşkil olunması və izlənməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasının təşkil olunması;
  • Xarici bazar təkliflərinin müqayisəsi;
  • Xarici və daxili ezamiyyətlərə getməyə hazır olmaq;
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
  • Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
  • Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026

Şirkət haqqında

Rortvest Safety Uniform
Emal sənayesi, Tekstil və geyim istehsalı · Baku

1997-ciildə təsis edilmiş Coshgun Uniform MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.

Rortvest Safety Uniform — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Xarici satınalma üzrə mütəxəssis
Müraciət et