Əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Mərkəzdə əməyin mühafizəsi və təhlükəsizlik sisteminin təşkilində iştirak etmək;
- İş yerlərində və tədris-istehsalat sahələrində təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsini aparmaq;
- Əməyin mühafizəsi üzrə təlimatları, prosedurları və fəaliyyət planlarını hazırlamaq və yeniləmək;
- Əməkdaşlar və təhsilalanlar üçün ilkin, dövri və növbədənkənar təhlükəsizlik təlimatlarını təşkil etmək;
- Emalatxana, laboratoriya, anbar və digər sahələrdə mütəmadi təhlükəsizlik yoxlamaları aparmaq;
- Avadanlıq, alət və fərdi mühafizə vasitələrindən düzgün istifadəyə nəzarət etmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və icrasını izləmək;
- İstehsalat qəzası, xəsarət və təhlükəli hadisələri araşdırmaq, səbəblərini müəyyənləşdirmək və hesabat hazırlamaq;
- Yanğın təhlükəsizliyi, fövqəladə hallara hazırlıq və təxliyə tədbirlərinin təşkilində iştirak etmək;
- Fərdi mühafizə vasitələrinə olan ehtiyacı müəyyənləşdirmək və onların uçotuna nəzarət etmək;
- Əməyin mühafizəsi ilə bağlı jurnal, akt, protokol və digər sənədlərin düzgün aparılmasını təmin etmək;
- Dövlət orqanlarının yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
- Əməyin mühafizəsi üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməyin mühafizəsi sahəsi üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Tam iş günü və beşgünlük iş həftəsi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir və əməkdaşlığa əsaslanan iş mühiti.
Tələblər
- Müvafiq texniki və ya mühəndislik istiqaməti üzrə ali təhsil;
- Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində iş təcrübəsi;
- Əmək, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və istehsalat təhlükəsizliyi üzrə normativ tələbləri bilmək;
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamalarının aparılması bacarığı;
- Təlimat, akt, hesabat və digər texniki sənədləri hazırlamaq bacarığı;
- İstehsalat avadanlıqları və fərdi mühafizə vasitələri haqqında bilik;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Yüksək diqqətlilik, məsuliyyətlilik və prinsipiallıq;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ilk tibbi yardım üzrə sertifikatlar, həmçinin istehsalat və ya təhsil müəssisəsində iş təcrübəsi əlavə üstünlük hesab olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
12 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Tam iş günü və beşgünlük iş həftəsi təşkil olunur.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Müraciət üçün sənədlər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSəhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə Bakıda digər açıq elanlar.
SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirir, riskləri idarə edir və komandanı koordinasiya edir.
Şöbənin fəaliyyətini təşkil edir, təhlükəsizlik və keyfiyyətə nəzarət edir, minimum 5 il təcrübə tələb olunur.
İş yerində HSSE standartlarını tətbiq edir və təhlükəsizlik tədbirlərini həyata keçirir.

