Peşə sağlamlığı üzrə qrupun fəaliyyətini idarə etmək və risklərin qiymətləndirilməsini təşkil etmək tələb olunur
Vakansiya haqqında
SOCAR-da karyeranıza doğru ilk addım
Vakansiya təsviri;Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Bakı Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsi (Bakı şəhəri)
Vəzifənin adı: Şöbə rəisi
Dərəcə (ƏÖD): 15
Vəzifə maaşı:
Nahar ödənişi: Socarın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 31
Vəzifə funksiyaları;- İdarənin struktur bölmələrində əməyin mühafizəsi, təhlükəsizlik, ekologiya və keyfiyyət tələblərinə əməl olunmasına nəzarət etmək, nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Həyat və sağlamlıq üçün təhlükə yarandıqda işlərin dayandırılması və təhlükənin aradan qaldırılması barədə rəhbərliyə təklif vermək;
- Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) fəaliyyətini, illik planın hazırlanmasını və əmək şəraitinin yoxlanılmasını təşkil etmək;
- Əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinin hazırlanması və icrasına, obyektlərin sanitar vəziyyətinə, sanitariya normalarına, fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabı ilə təminata nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə normativ sənəd, təlimat və standartların hazırlanmasında iştirak etmək;
- İdarə və sahələrin təhlükəsizliyi təmin edən avadanlıq və mühafizə vasitələri ilə təminatına nəzarət etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə təlim və təlimatlandırmanı təşkil etmək, biliklərin yoxlanılmasında iştirak etmək;
- Yeni işçilər, ezamiyyətə gələnlər və təcrübəçilər üçün giriş təlimatının keçirilməsini təmin etmək;
- Sahələrdə təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə yığıncaqların keçirilməsini, göstərişlərin verilməsini və normativ-metodiki sənədlərlə təminatı təşkil etmək;
- Bədbəxt hadisələrin təhqiqi və uçotuna, zədələnmə və peşə xəstəliklərinin səbəblərinin araşdırılmasına və qabaqlayıcı tədbirlərə nəzarət etmək;
- Vahid İdarəetmə Sistemi üzrə hesabat, arayış və məlumatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Kollektiv müqavilənin əməyin mühafizəsi bölməsinin, dövlət nəzarət orqanlarının göstərişlərinin və təhlükəsiz əmək şəraiti tədbirlərinin icrasına nəzarət etmək;
- İşçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsinə nəzarət etmək.
- Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununu;
- Sanitariya-epidemiioji sağlamlıq haqqında Azərbaycan Respublikasının Qanununu;
- Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasınin Qanununu;
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununu;
- Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, ”Əmək Şəraitinin Vəziyyətinə Müəssisə Nəzarəti Haqqında Əsasnamə;
- Əmək şəraitinin zərərliliyinə görə əlavə güzəştlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli qərarı;
- "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu;
- ISO 9001 “Keyfiyyətli idarəetmə sistemi” üzrə Standart, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” üzrə standart, ISO 45001 "Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi" üzrə standartı;
- ISO 50001 "Enerji idarə edilməsi sistemi" üzrə Standart, ISO 10002 "Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması" üzrə standartı;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
- Ətraf mühitin qorunması və əməyin mühafizəsiə dair digər normativ аktlаrı.
Müvafiq sahə üzrə ali təhsil və müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
Digər məlumatlar;- Tibbi sığorta : Təmin edilir.
- İş yerinə çatdırılma: Təmin edilmir.
- Son müraciət tarixi: 15.11.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, komanda işi, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 250 ₼.
38 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saatdır.
Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 31 ünvanında yerləşir.
Müraciət SOCAR-ın elektron işə qəbul prosesi vasitəsilə aparılır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüvafiq sahədə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Tibbi sığorta və hər iş günü üçün 5 ₼ yemək xərci ödənilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSəhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Qaz istehsalı və emalı üçün HSE sənədlərini hazırlamaq və təhlükəsizlik standartlarına riayət etmək.
Şirkətin HSE tələblərinə nəzarət edir, əməyin mühafizəsi üzrə minimum 5 il təcrübəsi tələb olunur
Şöbənin fəaliyyətini təşkil edir, təhlükəsizlik və keyfiyyətə nəzarət edir, minimum 5 il təcrübə tələb olunur.


