İstehsalatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərini idarə etmək üçün 2-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifənin adı: Yanğından mühafizə üzrə texnik
SOCAR Downstream MMC, Karbamid zavodu SƏTƏMM departamentində Yanğından mühafizə üzrə texnik pozisiyası üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Zavodda baş verə biləcək fövqəladə hadisələrin qarşısını almaq üçün təcili tədbirlərin görülməsini təmin etmək;
- Fövqəladə hallara müdaxilə etmək üçün istifadə olunan avadanlıqların və sistemin işlək vəziyyətdə olmasına əmin olmaq, gündəlik / həftəlik / aylıq / illik performans testlərini aparmaq;
- SƏTƏMM üzrə icra olunan fəaliyyətlərə dəstək olmaq;
- Normal əməliyyat, TAR fəaliyyətləri, sahə yoxlamaları və yoxlamalar zamanı müvafiq şöbələr və qurumlar ilə koordinasiya;
- Baş verə biləcək fövqəladə hal zamanı kök səbəb analizində iştirak etmək və araşdırmanı daim izləmək;
- Neft,qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlı olmaq və dəyişiklikləri təqib etmək;
- GOST, NFPA, API standartları və qaydaları haqqında məlumatlı olmaq;
- Yeni avadanlığın quraşdırılmasının həyata keçirilməsi üçün podratçılar, satıcılarla əməkdaşlıq və əvvəlcədən texniki təhlükəsizlik yoxlamalarının aparılması;
- İstehsalatda yanğın təlim-məşqlərinin, təxliyə təlimlərinin keçirilməsini koordinasiya etmək və sonda hesabatın rəhbərlik ilə paylaşılmasını təmin etmək;
- İstehsalat və sahələr üçün tələb edilən yanğın avadanlıqlarının sifarişinin yaradılmasına əmin olmaq;
- Rəhbərliyin təlimatına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Təhsil tələbi: Minimum orta-texniki təhsil; Müvafiq sahə üzrə texniki bakalavr təhsili ( Fövqəladə hallar və həyat fəaliyyəti təhlükəsizlik mühəndisliyi və buna müvafiq digər texniki ixtisaslar) üstünlük hesab olunur.
- İngilis dili-B1 ,Türk dili- B1 səviyyədə üstünlükdür;
- Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) proqramlarını bilmək üstünlükdür;
- Yanğından Mühafizə,Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydaları və normalarından məlumatlı olmaq;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Yanğından mühafizə və zavodda yerləşən bütün qurğular üzrə biliklərin artırılması və özünü bu yöndə inkişaf etdirməsi;
- Müvafiq iş standartları və prosedurlarının,işin təhlükəsiz yerinə yetirilməsi üçün sistemlərin hazırlanmasında bacarıqlar.
İş yeri: Karbamid zavodu
Son müraciət tarixi: 13.11.2026
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
25 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Səhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Karbamid zavodudur.
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Minimum orta-texniki təhsil tələb olunur, texniki bakalavr üstünlükdür.
İngilis və Türk dili B1 səviyyədə üstünlükdür.
Microsoft Office proqramlarını bilmək üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSon müraciət tarixi 13 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSəhiyyə, təhlükəsizlik və ətraf mühit mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
İş yerində HSE planını tətbiq edir, təhlükəsizlik təlimləri keçir və riskləri qiymətləndirir.
Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis kimi təhlükəsizlik tədbirlərini təşkil edir və nəzarət edir.




