Workplace SafetyPersonal Protective EquipmentISO 45001
Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 500 ₼
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
7 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş yeri - Bakı (obyektlərə ezamiyyətlərlə)
Nəzərdə tutulan əmək haqqı - 1500 – 2500 AZN aralığında
Vəzifənin məqsədi
- Quraşdırma sahələrində (obyektlərdə), anbar və istehsalat proseslərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM/HSE) standartlarının tətbiqini təmin etmək, işçi heyəti üçün təhlükəsiz iş mühiti yaratmaq və şirkəti əməliyyat risklərindən qorumaq.
Əsas vəzifə və öhdəliklər
- Quraşdırma obyektlərində (təhlükəsizlik sistemləri, şlaqbaum, WIM stansiyaları) SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək
- İşə başlamadan əvvəl risklərin qiymətləndirilməsi (Risk Assessment) və təhlükəsiz iş metodları (Method Statement) sənədlərini hazırlamaq
- Hündürlükdə iş, elektrik təhlükəsizliyi, yolüstü/tranzit zonalarda iş kimi yüksək risk daşıyan fəaliyyətlər üçün xüsusi təlimatlar tərtib etmək
- İş yerlərində müntəzəm təhlükəsizlik yoxlamaları (audit) və qeyri-uyğunluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək
- İş yerində baş verən hadisə, qəza və insidentlərin araşdırılması, hesabatlılığı və kök səbəb analizini aparmaq
- Yeni işçilər və subpodratçılar üçün SƏTƏM təlimlərinin (induction) təşkili və keçirilməsi
- Fərdi mühafizə vasitələrinin (FMV/PPE) təminatına və düzgün istifadəsinə nəzarət
- Ətraf mühitin mühafizəsi tələblərinə (tullantıların idarə edilməsi, təbii resurslardan səmərəli istifadə) uyğunluğu təmin etmək
- Dövlət qurumları (Əmək Müfəttişliyi və s.) ilə əlaqələrin qurulması və qanunvericiliyə uyğunluğun izlənməsi
- Aylıq/rüblük SƏTƏM hesabatlarının rəhbərliyə təqdim edilməsi
Tələblər
- Ali təhsil — Əməyin mühafizəsi, Ekologiya, Mühəndislik və ya oxşar sahə üzrə
- SƏTƏM/HSE sahəsində minimum 2-3 il iş təcrübəsi (tikinti, quraşdırma və ya sənaye sahəsində arzuolunandır)
- İSO 45001 (Əməyin Təhlükəsizliyi) və İSO 14001 (Ətraf Mühit) standartları barədə biliklər
- Azərbaycan Respublikasının əmək mühafizəsi qanunvericiliyinə dərin bələdlik
- Risklərin qiymətləndirilməsi metodologiyaları (HAZOP, JSA və s.) üzrə praktiki bacarıq
- MS Office proqramları üzrə sərbəst işləmə bacarığı
- Yüksək məsuliyyət hissi, təfərrüata diqqət və qərar qəbul etmə bacarığı
- Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür, obyektlərə ezamiyyət tələb olunur
Şirkətimiz nə təklif edir
- Rəqabətədavamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
- Rəsmi məşğulluq və sosial təminat
- Müasir texnologiyalar əsasında aparılan iri infrastruktur layihələrində iştirak
- Sabit və peşəkar korporativ mühit
- [email protected]
- [email protected]
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət haqqında
İteam Group
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Audit and InspectionAnalytical ThinkingContractor Management
ISO 45001Safety TrainingDocumentation
ISO 45001Safety TrainingLeadership


