Yerləşmə
Azərbaycan
Təcrübə
3–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

“STP GLOBAL CABLE” MMC Əməliyyatların idarə olunması departamenti, SƏTƏM bölməsində “SƏTƏM üzrə müfəttiş” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit qaydalarına nəzarət etmək;
  • ISO 45001 və ISO 14001 standartlarının tətbiqində iştirak etmək;
  • İstehsalat və yardımçı sahələrdə yoxlamalar aparmaq;
  • Uyğunsuzluqları aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsində və sənədləşdirilməsində iştirak etmək;
  • Hadisələrin araşdırılmasına və hesabatların hazırlanmasına dəstək vermək;
  • SƏTƏM təlimlərində və FMV üzrə maarifləndirmədə iştirak etmək;
  • Təxliyə və fövqəladə hal təlimlərinin icrasına dəstək vermək;
  • Tullantıların idarə olunması və ekoloji tələblərə nəzarətdə iştirak etmək;
  • Qanunvericiliyə uyğunluğa nəzarət etmək və SƏTƏM hesabatlarının hazırlanmasına dəstək vermək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Şirkət haqqında

STP Global Cable
Emal sənayesi, Elektronika və elektrik avadanlıqları istehsalı

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. “STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.

STP Global Cable — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
SƏTƏM üzrə müfəttiş
Müraciət et