SƏTƏM üzrə mütəxəssis

SAFETYEVER MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
31 iyul 2026

Vakansiya haqqında

"SafetyEver" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

Əsas vəzifələr:

  • Gündəlik,həftəlik və aylıq SƏTƏM üzrə hesabatların təqdim edilməsi

  • Sahədə yüksək riskli işlər üçün “ İşə İcazə “ vərəqələrinin verilməsi və risk qiymətləndirilməsi prosesində birbaşa iştirak etmək

  • Layihədə işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə biliklərinin mütəmadi olaraq yoxlanılmasının təşkil edilməsi, imtahan və attestasiya proseslərinin idarə olunması.

  • Sahələr üzrə planlı SƏTƏM təftişlərinin icra olunması və aşkar edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi

  • Baş verən insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların tərtibi və düzəliş tədbirlərinin icrasına nəzarət edilməsi

  • Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının cavablandırılması və koordinasiyanın təmin edilməsi.

  • Podratçıların fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə koordinasiyanın qurulması

  • Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz iş metodları barədə zəruri təlimatların keçirilməsi və işçilərin məlumatlılıq səviyyəsinin artırılması

  • Şirkətin daxili SƏTƏM siyasətinin, prosedur, təlimat və qaydalarının layihə sahəsində tam tətbiq olunmasının təmin edilməsi

Namizədə Tələblər:

  • Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə üstünlükdür)

  • SƏTƏM sahəsində 2-3 il iş təcrübəsi

  • Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu (üstünlükdür)

  • Əmək qanunvericiliyi və SƏTƏM standartlarını bilmək

  • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq

Əmək şəraiti:

  • İş rejimi: Növbəli (15/15)

  • İş saatları: 08:00-20:00

  • İş yeri: Daşkəsən və Göygöl rayonu

  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Təminatlar:

  • Qalmaq yeri şirkət tərəfindən təmin olunur

  • Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
SƏTƏM üzrə mütəxəssis
Müraciət et