Personal Protective EquipmentSafety TrainingOccupational Health and Safety
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
SƏTƏM siyasət və prosedurlarının tətbiqi:Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.Audit və təftiş:Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.Uyğunsuzluqların idarəolunması:Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.Təlim və təlimatlandırma:Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.Hadisələrin araşdırılması:Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.Monitorinq və hesabatlılıq:SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.Fövqəladə hallara hazırlıq:Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.Kommunikasiya və məlumatlandırma:İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.Risklərin müəyyən edilməsi:İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.Podratçılara nəzarətdə iştirak:Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.Nəqliyyat və mobil avadanlıqların təhlükəsizliyinə nəzarət: Karxanadaxili hərəkət edən yük avtomobilləri, ekskavatorlar, yükləyicilər və digər mobil texnikaların təhlükəsiz istismarına nəzarət etmək. Xüsusi tələblər Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;MS Office proqramlarını yaxşı səviyyədə bilməli;Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzuolunandır;SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı arzuolunandır.Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi, Mühəndislik )Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Safety TrainingCompliance ManagementOccupational Health and Safety
ISO 45001Safety TrainingDocumentation
Compliance ManagementISO 45001Fire Safety Management


