İstehsalat direktoruna inzibati dəstək və yazılı tərcümələri yerinə yetirmək.
Vakansiya haqqında
“A+CO” ASC “Direktor köməkçisi (Personal assistant)” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Zəruri sənədlərin hazırlanmasını həyata keçirmək;
- Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək;
- Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibinə, razılaşdırılmasına, təsdiqinə nəzarət etmək;
- Direktorun gündəlik görüşlərini qeyd etmək;
- İclas otağının iclas/ görüşlərin keçirilməsi üçün hazır vəziyyətdə olmasına nəzarəti və keçirilən iclas /görüşlərin qeydiyyatını aparmaq;
- İşgüzar yazışmaları aparmaq;
- Rəhbərlik tərəfindən verilən hər bir tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
- Rəhbərliyin əlavə tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Xanım namizəd
- Ali təhsil;
- Direktor köməkçisi vəzifəsində ən azı 6 aylıq iş təcrübəsi;
- MC Office proqramlarından istifadə bacarığı;
- Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Təmkinlilik, etibarlılıq, özünəinam.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Şirkət haqqında
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
A+CO ASC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Direktorun gündəlik işlərini təşkil edir və MS Office proqramlarında sərbəst işləməyi bacarır
İcraçı komandaya inzibati və əməliyyat dəstək göstərir, güclü təşkilatçılıq bacarığı tələb olunur.
Sənədlərin hazırlanması və idarə edilməsini həyata keçirir, ən az 2 il təcrübə tələb olunur.


