Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur
Vakansiya haqqında
Komandamıza məsuliyyətli, çevik və yüksək təşkilatçılıq bacarığına malik Direktor köməkçisi axtarırıq. Bu vəzifədə çalışan əməkdaş direktorun gündəlik iş fəaliyyətinin təşkilinə dəstək göstərəcək, görüş və yazışmaları koordinasiya edəcək, inzibati işlərin operativ və səmərəli icrasını təmin edəcək.
Əsas vəzifə öhdəlikləri
- Direktorun gündəlik iş qrafikinin planlaşdırılması və idarə edilməsi;
- Görüşlərin, iclasların və ezamiyyətlərin təşkili;
- Daxil olan məktubların, sənədlərin və elektron yazışmaların qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
- Rəsmi məktubların, hesabatların və digər sənədlərin hazırlanması;
- Şirkətin müxtəlif struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- Tapşırıqların icra vəziyyətinin izlənilməsi və rəhbərliyə məlumat verilməsi;
- Məxfi məlumatların qorunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
- Xanım namizədlər;
- İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil (mütləqdir);
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək, ingilis və ya rus dili biliyi üstünlükdür;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Çevik, məsuliyyətli və təşkilatçılıq bacarığı yüksək olmaq;
- Vaxtın effektiv idarə olunması və detallara diqqət.
Təklif edirik
- Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək;
- Həftənin 5 günü iş qrafiki;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Mehriban və peşəkar iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
26 sentyabr 2026
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Rəhbərin iş qrafikini planlaşdırır, rəsmi yazışmaları idarə edir, MS Excel bilik tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Ofisin gündəlik işlərini idarə edir və güclü təşkilati bacarıqlara malikdir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 

