Vakansiya haqqında

Vəzifə haqqında

Mochiki MMC ofisin gündəlik fəaliyyətini təşkil edəcək, rəhbərin şəxsi asistenti (PA) kimi onun gündəliyini, yazışmalarını və tapşırıqlarını idarə edəcək, daxili hesabatlılıq intizamını izləyəcək Personal Assistant axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Rəhbərin təqvim və görüşlərinin planlaşdırılması, izlənməsi, xatırlatmaların verilməsi.

  • Rəhbər adından işgüzar yazışmaların aparılması; zəng və müraciətlərin qarşılanması, süzgəcdən keçirilməsi və yönləndirilməsi.

  • Rəhbərin iştirak etdiyi görüşlərdə müşayiət, qeydlərin aparılması və razılaşdırılmış addımların icrasının izlənməsi.

  • Rəhbərin digər tapşırıqlarının operativ icrası (sifarişlər, təşkilati məsələlər və s.).

  • Qonaqların və tərəfdaşların qarşılanması, görüşlərin təşkili.

  • Rəhbərin xarici tərəflərlə (tərəfdaşlar, qurumlar) kommunikasiyasının koordinasiyası.

  • İclasların təşkili: gündəliyin hazırlanması, protokolların yazılması, qəbul edilmiş qərar və tapşırıqların icrasının izlənməsi (follow-up).

  • Sənəd dövriyyəsinin aparılması: daxil olan və çıxan sənədlərin qeydiyyatı, skan və arxivləşdirmə, imza prosesinin koordinasiyası.

  • Təqdimatların (PowerPoint) və cədvəl-hesabatların (Excel) hazırlanması; məlumatların sistemlərə işlənməsi.

  • Layihələrə inzibati dəstək: checklist-lərin və son tarixlərin izlənməsi, tapşırıq idarəetmə sistemində statusların aktual saxlanmasına nəzarət, gecikmələr barədə rəhbərə məlumat verilməsi.

  • Dövri hesabatlılıq intizamına nəzarət: hesabatların vaxtında təqdim olunmasının izlənməsi və xülasə statusun verilməsi.

  • Yeni əməkdaşların onboarding prosesinin təşkili və icrasının izlənməsi; işə qəbul sənədləşməsinə və kadr sənədlərinin qaydasında saxlanmasına dəstək.

  • Konfidensial məlumatlarla işdə tam məxfiliyin qorunması, o cümlədən rəhbərin şəxsi və işgüzar məlumatlarının məxfiliyi.

  • Tutduğu vəzifənin funksiyasına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil.

  • Oxşar vəzifədə (personal assistant, inzibati işlər) iş təcrübəsi arzuolunandır

  • MS Office: Excel, PowerPoint, Word — sərbəst səviyyə.

  • Süni intellekt alətləri ilə tanışlıq və yüksək səviyyədə işləmə bacarığı

  • Yüksək təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə prosesi idarəetmə bacarığı.

  • Diskretlik, etibarlılıq və yüksək məsuliyyət.

  • Yüksək işgüzar etiket, ünsiyyət və təqdimat mədəniyyəti.

  • Operativlik və çeviklik.

  • Azərbaycan dili — əla səviyyədə; ingilis və/və ya rus dili üstünlükdür.

  • Trello və oxşar tapşırıq idarəetmə alətləri ilə iş təcrübəsi üstünlükdür.

Təklif edirik

  • Rəqabətli əmək haqqı və rəsmi əmək müqaviləsi.

  • Sabit, tam ştat iş (Bakı).

  • Peşəkar iş mühiti və inkişaf imkanları.

Müraciət qaydası

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
6 noyabr 2026
Baxış
31

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İş saatları və günləri barədə məlumat verilməyib.

Əmək haqqı barədə məlumat verilməyib.

Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Şəxsi köməkçi üzrə Bakıda digər açıq elanlar.

SOCAR Fugro LLC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib7 gün qalıb

İcraçının gündəlik işlərini idarə edir və görüşləri təşkil edir, minimum 2 il təcrübə tələb olunur.

Meeting CoordinationPresentation PreparationMultitaskingSchedule Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Avropa Azərbaycan Məktəbi
Junior · 1+ ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Məktəb direktoruna inzibati dəstək verir və görüşləri təşkil edir, ən azı 1 il təcrübə tələb olunur.

Meeting CoordinationAdministrative SupportSchedule ManagementDocument preparation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Komanda ilə işləyən, təşəbbüskar və İngilis dili bilən şəxsi köməkçi axtarılır.

TeamworkArtificial IntelligenceInitiativeProblem Solving+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Konsis Group
Junior · 1–3 il
700–800₼

Rəhbərin işgüzar görüşlərində iştirak edir və sənədlərin idarə olunmasını təmin edir.

ResponsibilityDocument ManagementBusiness EtiquetteComputer Literacy+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şəxsi köməkçi
Müraciət et