Məhsulların anbar və müştəri arasında daşınmasını təşkil etmək və sənədləşdirmə bacarığı tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Forklift vasitəsilə məhsul, xammal və materialların daşınmasını, nəqliyyat vasitələrinə yüklənməsini və boşaldılmasını həyata keçirmək.
- Yükləri müəyyən edilmiş qaydalara uyğun olaraq rəflərə yerləşdirmək və istifləmək.
- Məhsul və materialların qəbulu və təhvili zamanı miqdarını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq, uyğunsuzluqlar barədə məlumat vermək.
- Sifarişləri sənədlərə uyğun komplektləşdirmək, anbar əməliyyatlarını WMS sistemində vaxtında və düzgün qeydə almaq.
- İstehsal xətlərinin materiallarla təmin edilməsində və inventar sayımlarında iştirak etmək.
- Növbə başlamazdan əvvəl forkliftin texniki vəziyyətini yoxlamaq, müvafiq yoxlama qeydlərini aparmaq və nasazlıqlar barədə dərhal məlumat vermək.
- Sürət həddinə, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək.
Tələblər
- Orta və ya orta ixtisas təhsili;
- Forklift (Avtoyükləyici) idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat;
- Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi;
- Təhlükəsizlik qaydalarına yüksək diqqət;
- Anbar prosesləri — malların qəbulu, yerləşdirilməsi və göndərilməsi üzrə biliklər;
- Rus dili biliyi üstünlükdür;
- Növbəli iş qrafikində işləməyə hazırlıq;
- Diqqətlilik, məsuliyyət və intizam.
- WMS sistemi, terminal və skanerlərlə iş təcrübəsi üstünlükdür
- Nahar təminatı
- 4 istiqamət üzrə transfer (səhər və axşam)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1969-ci ildə əsası qoyulan müəssisə keçmiş SSRİ-də ən müasir pivə zavodlarından biri idi. Fransız şirkəti Group Castel tərəfindən həyata keçirilən irimiqyaslı yenidənqurma işlərindən sonra zavod 2000-ci ildə yenidən açıldı.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 1 il iş təcrübəsi tələb olunur.
Növbəli iş qrafikində işləmək tələb olunur.
Forklift idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem operatoru üzrə Bakıda digər açıq elanlar.
Satış fakturalarını hazırlamaq və anbar sistemində qeydiyyat aparmaq bacarığı tələb olunur.



