Home Decor kateqoriyası üzrə məhsul portfelini idarə edir və analitik bacarıq tələb olunur
Vakansiya haqqında
Öz fəaliyyət sahəsində lider mövqeyə malik, 4 fərqli filial üzrə fəaliyyət göstərən şirkət Təchizat və təsərrüfat şöbəsinin rəhbəri vəzifəsinə peşəkar və təcrübəli namizəd axtarır.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
- Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər;
- Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Şirkətin və filialların təchizat ehtiyaclarını müəyyənləşdirmək, satınalma və təchizat proseslərini planlaşdırmaq və koordinasiya etmək;
- Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, qiymət və keyfiyyət baxımından optimal təkliflərin seçilməsini təmin etmək;
- Təchizatçı və podratçı şirkətlərlə danışıqlar aparmaq, kommersiya təkliflərini qiymətləndirmək, görüşləri təşkil etmək və müqavilələrin bağlanması prosesini koordinasiya etmək;
- Effektiv satınalma və tədarük mexanizmlərinin tətbiqi vasitəsilə tələb olunan keyfiyyəti qorumaqla şirkətin xərclərinin optimallaşdırılmasını təmin etmək;
- Tender proseslərini təşkil etmək, daxil olan təkliflərin müqayisəli təhlilini aparmaq və seçim prosesini koordinasiya etmək;
- Alınan məhsul və xidmətlərin qiymətinə, keyfiyyətinə, miqdarına və vaxtında təhvil verilməsinə nəzarət etmək;
- Müqavilə, hesab-faktura, çek, təhvil-təslim aktları və digər aidiyyəti sənədlərin düzgün dövriyyəsini təmin etmək, müvafiq sənədlərin Maliyyə şöbəsinə vaxtında təqdim edilməsinə nəzarət etmək;
- Maliyyə, anbar və digər struktur bölmələri ilə təchizat və təsərrüfat fəaliyyəti üzrə effektiv əməkdaşlığı təşkil etmək;
- Şirkətin maddi-texniki bazasına, inventarlarına və təsərrüfat avadanlıqlarına sistemli nəzarəti təmin etmək, onların qorunmasını və düzgün istifadəsini təşkil etmək;
- Yararsız və ya istifadə müddəti başa çatmış inventarların müəyyən edilmiş prosedurlara uyğun silinməsi və inventar siyahısından çıxarılması prosesini təşkil etmək;
- Təsərrüfat heyətinin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Təchizat və təsərrüfat fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
- Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər;
- Güclü analitik düşüncə, planlaşdırma və qərarvermə bacarığı;
- Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı;
- Yüksək təşkilatçılıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- Güclü ünsiyyət və komanda idarəetmə bacarıqları;
- Eyni zamanda bir neçə filial üzrə prosesləri koordinasiya etmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat və təsərrüfat şöbəsinin rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
1 oktyabr 2026
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətin strateji satınalma proseslərini idarə edir və yüksək səviyyədə danışıqlar aparır.
Maaş göstərilməyib
Restoranın təchizatını idarə edir və təchizat və logistika sahəsində 1 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Satınalma proseslərini idarə edir, təchizatçıları seçir və bazar araşdırması aparır, 5 il təcrübə tələb olunur.



