Vakansiya haqqında

İş yeri: Paulaner Brauhaus Baku

Əmək funksiyası:

  • Paulaner Baku Restoranın ehtiyaclarını araşdırmaq və sifarişləri müəyyənləşdirmək;
  • Paulaner Baku Restoranın vaxtlı-vaxtında lazım olan geniş çeşidli məhsullarla təmin etmək;
  • Bazarı araşdırmaq, məhsul və qiymətlər barədə informasiyalar əldə etmə;
  • Müxtəlif şirkətlərlə əlaqələr qurmaq, bu şirkətlərlə müqavilələr bağlamaq;
  • Təkliflər ilə bağlı şirkətlərlə görüşlər təşkil etmək;
  • Təchiz olunacaq məhsulların qiymət və keyfiyyətinə nəzarət etmək;
  • Müxtəlif sənədlər, müqavilələr, çeklər, fakturalar və s. ilə işləmək;
  • Maliyyə və anbar şöbələri ilə paralel işi təşkil etmək;
  • Təchizat proqramı vasitəsilə bütün təchizat proseslərinə nəzarət, sifarişlərin qəbulu və hesabatların verilməsi;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Təhvil-təslim aktlarının maliyyə şöbəsinə təqdim edilməsi
  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək
  • Tenderlərin təşkili
  • Sifariş formalaşdırma, 1C və ya İscala proqramında PO yaratmaq
  • Zəruri hallarda – yüklərin/malların sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması), xarab olması hallarında yük/mal nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək
  • Anbardara sənədləşmə və məhsul qəbulu məsələlərində daimi yardım etmək
  • Anbardar məzuniyyətdə olduğu halda məhsul qəbulunu həyata keçirmək
  • Mövsumi açılacaq ticari obyektin sifarişlərini formalaşdırıb, məhsul qəbulunu həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə (təchizat və logistika üzrə) ali təhsil;
  • Qonaqpərvərlik sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi, restoran və ya otel sahəsində təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – orta;
  • Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;
  • İşlərin planlaşdırılması və analizi;
  • Analitik düşüncə qabilyyəti;
  • Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları;

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  • “TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

Paulaner Brauhaus Baku
Mehmanxana və ictimai iaşə xidmətləri, Restoran və katerinq xidmətləri · Bakı

Paulaner Baku Sizlərə Alman Restoran və kiçik Pivə Zavodu təqdim edir, burada Siz orijinal Alman üslubunda işlənilmiş dekor və Bavariya menyusunun ən gözəl elementləri ilə tanış ola bilərsiniz.

Paulaner Brauhaus Baku — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Medeks
MiddleBakı
Maaş göstərilməyib

Satınalma və təchizat zəncirində tapşırıqları yerinə yetirir, yüksək ünsiyyət və analitik bacarıq tələb olunur.

ProcurementSupply Chain ManagementLogisticsCustomer Relationship Management+10
Müraciət etAsan müraciətAsan müraciət
Faber Construction
Middle · 3–5 ilBakı
1 500–2 000

Tikinti şirkətində məhsul və xidmətlərin satınalınmasını həyata keçirmək üçün təcrübə tələb olunur

ProcurementNegotiationSupply Chain ManagementCost Control+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təchizat üzrə koordinator
Müraciət et