Vakansiya haqqında

Vəzifənin məqsədi

  • Tikinti layihələrinin ehtiyaclarına uyğun olaraq material, avadanlıq və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə satın alınmasını, təchizat prosesinin koordinasiyasını və sifarişlərin tikinti sahəsinə vaxtında çatdırılmasını təmin etmək.

Əsas vəzifə və öhdəliklər

Satınalma

  • Layihə üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək və satınalma planının hazırlanmasında iştirak etmək.
  • Tikinti qrafikinə uyğun satınalma müddətlərini müəyyənləşdirmək və sifarişlərin vaxtında verilməsini təmin etmək.
  • Təchizatçılar və subpodratçılardan kommersiya təklifləri toplamaq, qiymət və çatdırılma şərtlərini müqayisə etmək.
  • Satınalma sorğularını, sifarişləri və əlaqəli sənədləri hazırlamaq və razılaşdırma prosesini koordinasiya etmək.
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq.
  • Sifarişlərin icra statusunu izləmək, mümkün gecikmələri əvvəlcədən müəyyən etmək və müvafiq tədbirlər görmək.
  • Material və avadanlıqların texniki spesifikasiyalara, təsdiq edilmiş nümunələrə və layihə tələblərinə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək.
  • Satınalma üzrə xərclərin və sifarişlərin uçotunu aparmaq, müvafiq hesabatlar hazırlamaq.

Logistika və təchizat

  • Material və avadanlıqların təchizatçıdan tikinti sahəsinə çatdırılmasını təşkil və koordinasiya etmək.
  • Çatdırılma qrafiklərini tikinti işlərinin ardıcıllığı və sahənin faktiki ehtiyacları ilə əlaqələndirmək.
  • Nəqliyyat, yükləmə-boşaltma və müvafiq hallarda saxlama proseslərini koordinasiya etmək.
  • Materialların sahəyə qəbulunu, miqdarının və müşayiətedici sənədlərinin yoxlanılmasını əlaqələndirmək.
  • Material çatışmazlığı, gecikmə və ya yanlış təchizat halları barədə Layihə Menecerini vaxtında məlumatlandırmaq.
  • Anbar qalığının və material hərəkətinin uçotuna nəzarət etmək, artıq ehtiyatların və material itkisinə səbəb olan halların qarşısının alınmasına dəstək göstərmək.

Namizədə tələblər

  • Ali təhsil; satınalma, logistika, iqtisadiyyat, mühəndislik və ya müvafiq sahə üzrə təhsil üstünlükdür.
  • Satınalma və logistika sahəsində minimum 3 il iş təcrübəsi; tikinti layihələrində təcrübə arzuolunandır.
  • Təchizatçıların seçilməsi, kommersiya təkliflərinin müqayisəsi və sifarişlərin idarə edilməsi üzrə praktiki biliklər.
  • Tikinti materialları, avadanlıqları və texniki spesifikasiyalar haqqında ümumi anlayış.
  • MS Office proqramları ilə yaxşı işləmək bacarığı.
  • Satınalma sifarişləri, təchizat reyestrləri və çatdırılma qrafikləri ilə işləmək bacarığı.
  • Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
  • Danışıqlar aparmaq, koordinasiya etmək, problemləri operativ həll etmək və vaxtı düzgün idarə etmək bacarığı.
  • Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.

İş şəraiti

  • Peşəkar komandada işləmək imkanı.
  • Tikinti layihələrinin satınalma və təchizat proseslərində iştirak.
  • Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
57

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Minimum 3 il satınalma və logistika sahəsində iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Anonim işəgötürən
Junior · 1+ ilBakı
1 000–1 100₼

Satınalma sifarişlərini idarə edir və malların vaxtında çatdırılmasını təmin edir, minimum 1 il təcrübə tələb olunur.

ProcurementOrder ManagementSupplier NegotiationMicrosoft Office
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kartpak
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İstehsal planlarını material ehtiyacları ilə uzlaşdırır və stokların idarə edilməsini təşkil edir

Inventory ManagementProduction PlanningMaterial requirement planningERP Systems+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma və logistika koordinatoru
Müraciət et