Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Süd məhsulları kateqoriyasındakı (süd, qaymaq, xama, qatıq, kefir, ayran, kəsmik, pendir, yağ və digər süd məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların süd xammalını, yağlılıq faizini, zülal və quru maddə göstəricilərini, starter kulturaları, stabilizator və digər texnoloji komponentləri, həmçinin formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, konsistensiya, yağlılıq, pH, quru maddə və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Süd və süd məhsullarının istehsalında istifadə olunan xammal növlərini, keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın dəyişdirilməsi və ya keyfiyyətinin aşağı salınması nəticəsində yarana biləcək risklərin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Süd məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, yerli və xarici istehsalçı və təchizatçıları qiymətləndirmək, kommersiya baxımından şirkətə ən optimal gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Süd xammalı, digər xammallar, qablaşdırma, istehsal, enerji, soyuq zəncir və logistika xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki:5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Süd məhsullarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə).
  • Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma / Kateqoriya idarəedilməsi (Süd və süd məhsulları sahəsində birbaşa istehsalatda/süd zavodunda texnoloq, istehsalat və ya keyfiyyət) üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm süd sənayesinin istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Süd xammalı üzrə bilik: Südün yağlılıq, zülal, quru maddə, turşuluq və digər əsas keyfiyyət göstəricilərini, südün qəbul və saxlanma şərtlərini, həmçinin müxtəlif süd məhsullarının istehsal texnologiyalarını praktiki səviyyədə bilmək.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Süd məhsullarında mikrobioloji təhlükələr, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, soyuq zəncir, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici süd məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
19 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
193

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Qida texnoloqu üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 950 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

1 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Qida texnoloqu kimi öz maaşını yoxla

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · 5,001-10,000 · Bakı
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Minimum 5 il təcrübə tələb olunur, onlardan 2 il rəhbər vəzifədə olmalıdır.

Ali təhsil qida mühəndisliyi, qida texnologiyası, süd məhsullarının texnologiyası, kimya texnologiyası və ya müvafiq texniki sahədə olmalıdır.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləqdir.

Nahar təminatı, nəqliyyat xidməti və karyera yüksəlişi imtiyazları mövcuddur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qida texnoloqu üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Süd kateqoriyası üzrə texnoloq
Müraciət et