Tender sənədlərinin hazırlanması və idarə olunması üzrə 2-3 il təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Dövlət və özəl qurumlar tərəfindən elan olunan tenderlərin müntəzəm monitorinqinin aparılması
- Müvafiq tenderlərin seçilməsi və şərtlərinin təhlili.
- Tender sənədlərinin tender şərtlərinə tam uyğun hazırlanması (kommersiya təklifi, texniki təklif, bank zəmanəti,və s.)
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
- Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
- Daxil olan elektron məktubların (e-maillərin) nəzərdən keçirilməsi və cavablandırılması
- CRM sistemində işləmək və məlumatların düzgün şəkildə daxil edilməsi
- Tender prosesi üzrə hesabatların hazırlanması.
- İş prosesində son tarixlərə (deadline) ciddi riayət edilməsi və nəzarətdə saxlamaq
Tələblər:
- Dövlət satınalmaları qanunvericiliyi üzrə ümumi biliklər;
- Müvafiq sahədə 5 il iş təcrübəsi
- Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
- Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
- Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
- Analitik düşüncə, vaxtın idarə olunması,komandada işləmək bacarığı
- Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri (arzuolunandır) ;
İş şəraiti:
- Həftəlik tam iş qrafiki – 09:00-18:00
- İş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tender üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tender üzrə mütəxəssis üzrə bazar adətən 760–800 ₼ ödəyir, median — 800 ₼.
11 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tender üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftəlik tam iş qrafiki – 09:00-18:00.
Səməd Vurğun küçəsi 79B, Ultra Technologies.
Müvafiq sahədə 5 il iş təcrübəsi tələb olunur.
Tender şərtlərinə tam uyğun hazırlanmalıdır, kommersiya və texniki təkliflər daxil olmaqla.
CRM sistemi və Etender.gov.az portalı ilə işləmək bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTender üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tender sənədlərinin hazırlanması və təqdimatı üzrə mühəndis kimi işləyir, 5 il təcrübə tələb olunur.
Tender prosesində şirkəti təmsil etmək və sənədləşmə işlərini yüksək səviyyədə bilmək.
Layihə portfeli üzrə planlama, xərcə nəzarət və tender dəstəyi təmin edir.




