Vakansiya haqqında

Namizədə dair tələblər:

  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti (ingilis və rus dilində basic səviyyə arzuolunandır)
  • Ali təhsil;
  • Tenderlər üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma
    prosedurları üzrə biliklər;
  • Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
  • Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
  • etender.gov.az portalından sərbəst istifadə bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
  • Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
  • Bank qarantiyaları və tender təminatları ilə işləmək təcrübəsi;
  • Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik

Vəzifə öhdəlikləri:

Tenderlərin monitorinqi və təhlili:

  • Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
  • Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
  • Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.

Tender sənədlərinin hazırlanması:

  • Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
  • İştirak üçün tələb olunan bütün sənədləri toplamaq və hazırlamaq;
  • Sənədləri müvafiq platformalara vaxtında təqdim etmək.

Müqavilələrin idarə olunması və hesabatlılıq:

  • Tender nəticələrini izləmək və təhlil etmək;
  • Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
  • Tender sənədləri üzrə aylıq hesabatlar hazırlamaq.

İş şəraiti

  • Əmək haqqı:
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 5 günlük iş həftəsi (10:00 – 18:00)

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 oktyabr 2026
Baxış
21

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Tender üzrə mütəxəssis üzrə bazar adətən 760–1 350 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

14 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Tender üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

“Azerbaijan Technologies” şirkəti 1998-ci ildən Azərbaycanın İT bazarında uğurla fəaliyyət göstərir. Əsas məqsədimiz müştəri məmnuniyyəti, geniş çeşid, münasib qiymət, ən yeni modellərlə hər evə, ailəyə sevinc gətirməkdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Tenderlər üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti, ingilis və rus dillərində isə basic səviyyə arzuolunandır.

Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı tələb olunur.

MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilməlidir.

Etender.gov.az portalından sərbəst istifadə bacarığı tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Tender üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Master Tools
Middle · 4–5 ilBakı
1 500–2 000₼

Tender prosesində şirkəti təmsil etmək və sənədləşmə işlərini yüksək səviyyədə bilmək.

Contract NegotiationTender Process ManagementDocument preparationMicrosoft Office+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
GENS Elektrik
Junior · 1+ ilBakı
600–1 000₼

Tender prosesində şirkəti təmsil edir və e-tender portalında işləmə bacarığı tələb olunur.

Report PreparationTeamworkTender Process ManagementE-tender Portal Usage+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tender üzrə mütəxəssis
Müraciət et