Tender və satınalma üzrə aparıcı mütəxəssis

Buta Park

Vakansiya haqqında

Tikinti, MEP, zəif cərəyan və IT sahələrində fəaliyyət göstərən şirkətimiz Tender və Satınalma üzrə Mütəxəssis vəzifəsinə əməkdaş axtarır.

İş şəraiti:

  1. İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00 dan–18:00 dək; Şənbə- 10:00 dan-13:00 dək
  2. Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
  3. Rəsmi əmək müqaviləsi;
  4. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Vəzifə öhdəlikləri

  1. Dövlət və kommersiya tenderlərinin gündəlik izlənilməsi;
  2. Tender və satınalma sənədlərinin tələblərə uyğun hazırlanması;
  3. Texniki şərtlərin, iş həcmlərinin və spesifikasiyaların təhlili;
  4. Tikinti, təmir, MEP, zəif cərəyan və IT layihələri üzrə qiymət təkliflərinin hazırlanması;
  5. Smeta və iş həcmi cədvəllərinin tərtib edilməsi;
  6. Məhsul, material və xidmətlər üzrə bazar araşdırmasının aparılması;
  7. Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəsi;
  8. Material, avadanlıq, işçilik, logistika və digər xərclərin hesablanması;
  9. Kommersiya və texniki təkliflərin hazırlanması;
  10. Tender sənədlərinin elektron satınalma portalına vaxtında yerləşdirilməsi;
  11. Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və digər satınalma sənədlərinin hazırlanmasında iştirak;
  12. Tender prosesinin başlanğıcdan nəticələnənədək izlənilməsi;
  13. Təchizatçılarla qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması.

Tələblər

  1. Tender və satınalma sahəsində iş təcrübəsi;
  2. IT, təhlükəsizlik sistemləri, zəif cərəyan, tikinti, təmir və ya MEP sahələrindən anlayış;
  3. Texniki tapşırıq əsasında düzgün qiymət çıxarmaq və kommersiya təklifi hazırlamaq bacarığı;
  4. Smeta, BOQ və texniki spesifikasiyalarla işləmək bacarığı;
  5. Elektron Satınalma Portalı ilə işləmə təcrübəsi üstünlükdür;
  6. Microsoft Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək;
  7. Qiymət analizi, müqayisə cədvəli və hesabat hazırlamaq bacarığı;
  8. Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
  9. Təchizatçılarla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  10. Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  11. Rus və ingilis dili biliyi üstünlükdür.

Üstünlük veriləcək namizədlər:

  1. Tikinti və IT tenderlərində praktiki təcrübəsi olan;
  2. Kamera, şəbəkə, server, access control, yanğın siqnalizasiya və digər təhlükəsizlik sistemlərini tanıyan;
  3. Elektrik, mexanika, havalandırma və digər MEP işləri üzrə ilkin texniki biliyə sahib olan;
  4. Tender sənədlərini müstəqil şəkildə hazırlayıb təqdim edə bilən;
  5. Təchizatçı bazası və bazar qiymətləri haqqında məlumatı olan namizədlər.
Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 500 ₼
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

NewTech
Middle · 1+ ilBakı
800–1 000

Texniki məhsulların satınalmasını həyata keçirir və ən azı 1 il təcrübəsi tələb olunur

ProcurementSourcingPrice analysisSupplier Research+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
1 200–1 500 ₼
Tender və satınalma üzrə aparıcı mütəxəssis
Müraciət et