Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 avqust 2026

Vakansiya haqqında

Tender mərhələsi

  • Dövlət (etender.gov.az, e-tender.socar.az) və özəl satınalma portallarında elanların gündəlik monitorinqi
  • Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
  • Tender sənədlərinin ətraflı araşdırılması
  • Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
  • Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
  • Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
  • Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
  • Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət

Tender nəticələrinə əsasən qalib olduqdan sonra (Full proses idarəetməsi)

Müqavilə və hüquqi mərhələ

  • Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
  • Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
  • Müqavilənin imzalanma prosesinin koordinasiyası
  • Sifarişçi ilə rəsmi yazışmaların aparılması

Kommunikasiya və sorğuların idarəsi

  • Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
  • Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
  • Müştəri ilə davamlı əlaqənin saxlanılması
  • Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi

Təchizat və logistika

  • Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
  • Malların alışı üzrə şirkətin əməkdaşlıq etdiyi təchizatçılara sifarişlərin yerləşdirilməsi

Satış və uçot (ERP sistemi)

  • Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
  • Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
  • Mühasibatlıq ilə koordinasiya
  • Maliyyə əməliyyatlarının izlənməsi

Hesabat və bağlanış

  • Tender layihəsinin yekun hesabatının hazırlanması
  • Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
  • Sifarişçinin qəbul aktlarının alınması
  • Layihənin bağlanması və arxivləşdirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
  • Yüksək səviyyədə Excel və Word bilikləri ;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil
  • Tender və ya satınalma sahəsində 2 ildən yuxarı iş təcrübəsi.

İş Şərtlərimiz:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Ağ Şəhər, Birinci Yaşıl Ada küçəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

Enermus
Tikinti, İxtisaslaşmış tikinti fəaliyyətləri

Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Elektriksiz İşləyən Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır. ENERMUS QSCyə müraciətiniz zamanı artıq peşəkar texniki dəstək, operativliyin şahidi olacaqsınız!

Enermus — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tender üzrə mütəxəssis
Müraciət et