Vakansiya haqqında

Procurement Specialist / Satınalma üzrə mütəxəssis

Şirkət: “Yeni Texnologiyalar” MMC

Əməkhaqqı: 800–1000 AZN + KPI bonusları

İş təcrübəsi: Minimum 1 il

İş yeri: Bakı şəhəri, 28 May

“Yeni Texnologiyalar” MMC satınalma və məhsulların qiymətləndirilməsi istiqamətində Procurement Specialist axtarır.

Üstünlükdür

  1. İT avadanlıqları, elektronika və texniki məhsullar üzrə baza bilikləri;
  2. Xarici istehsalçı və distribütorlarla RFQ prosesi üzrə təcrübə;
  3. DataSheet və texniki kataloqları analiz etmək bacarığı;
  4. Rus dili biliyi arzuolunandır.

Əməkhaqqı: 800–1000 AZN + iş nəticələrinə əsasən KPI bonusları.

Müraciət zamanı mövzu hissəsində “Procurement Specialist” qeyd edilməsi xahiş olunur.

Vəzifə öhdəlikləri

  1. Təqdim olunan texniki tələblərə əsasən uyğun məhsul, marka və modellərin araşdırılması;
  2. Məhsulların texniki parametrlərinin tələblərlə müqayisə edilməsi;
  3. Tələblərə tam uyğun və ya ekvivalent məhsulların müəyyən edilməsi;
  4. Xarici istehsalçı, zavod, distribütor və təchizatçıların araşdırılması;
  5. Xarici şirkətlərə ingilis dilində RFQ/qiymət sorğularının göndərilməsi;
  6. Təchizatçılardan qiymət, çatdırılma müddəti, mənşə ölkəsi, zəmanət və digər kommersiya şərtlərinin alınması;
  7. Alınmış təkliflərin müqayisəli şəkildə təhlil edilməsi;
  8. Məhsulun alış qiymətinin formalaşdırılması və optimal təchizatçının seçilməsi;
  9. Yerli və xarici bazar qiymətlərinin araşdırılması;
  10. DataSheet, kataloq və digər texniki sənədlərin yoxlanılması;
  11. Alternativ təchizatçıların tapılması və təchizatçı bazasının genişləndirilməsi;
  12. Satınalma üzrə rəhbərə qiymətləndirmə və məhsul seçimi üçün məlumatların təqdim edilməsi.

Tələblər

  1. Procurement, sourcing, satınalma, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  2. İnternet üzərindən məhsul və xarici təchizatçıları effektiv araşdırmaq bacarığı;
  3. Texniki parametrləri oxumaq və məhsulları müqayisə etmək bacarığı;
  4. Qiymət təkliflərini analiz etmək və optimal variantı müəyyən etmək bacarığı;
  5. İngilis dili – xarici zavod və təchizatçılarla yazışma aparacaq səviyyədə;
  6. MS Excel proqramında yaxşı işləmək bacarığı;
  7. Detallara diqqətli, məsuliyyətli və operativ olmaq.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
English, Russian

Şirkət haqqında

NewTech
Retail · Baku
NewTech — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Faber Construction
Middle · 3–5 ilBakı
1 500–2 0005 gün qalıb

Tikinti şirkətində məhsul və xidmətlərin satınalınmasını həyata keçirmək üçün təcrübə tələb olunur

ProcurementNegotiationSupply Chain ManagementCost Control+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
800–1 000 ₼
Satınalma üzrə mütəxəssis
Müraciət et