Anbar mallarının uçotu və qaimələrin yoxlanılması üzrə iş görür, minimum 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Koordinator (İnventar) tələb olunur.
İş şəraiti:
- Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
- Əmək haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər)
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatı: 09:00 – 18:00
- Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Namizədə dair əsas tələblər:
- Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi;
- Koordinasiya və ya təşkilatçılıq sahəsində iş təcrübəsi;
- Yüksək kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı;
- Prioritetləri düzgün müəyyənləşdirmək, işin gedişini izləmək və problemləri vaxtında həll etmək bacarığı;
- İnventar və anbar uçotunun əsaslarını bilmək;
- 1C proqramında işləmək, inventar üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı;
- Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Cins üzrə məhdudiyyət nəzərdə tutulmur.
Əsas vəzifə öhdəlikləri:
- Fəaliyyətlərin və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata keçirilməsini təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə qurmaq və məlumatları əlaqələndirmək;
- Daxili və xarici tərəflər arasında effektiv və daimi kommunikasiyanı qurmaq;
- Komanda üzvləri ilə gündəlik, həftəlik və aylıq status görüşlərini təşkil etmək;
- Birbaşa rəhbərlə əlaqədə olmaq, lazımi məlumatları və hesabatları ona vaxtında ötürmək, iş gedişi barədə məlumat vermək;
- Problemlərin vaxtında həlli üçün müvafiq tədbirlər görmək;
- İnventarın izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və malların hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək;
- İnventar balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə çatdırmaq;
- İnventar hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında hazırlayıb vaxtında təqdim etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbar mühasibi üzrə bazar adətən 650–900 ₼ ödəyir, median — 725 ₼.
5 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbar mühasibi kimi öz maaşını yoxlaŞirkət haqqında
"Army" marketlər şəbəkəsi 2012-ci ildən pərakəndə satış sahəsində fəaliyyət göstərir. İlk fərqli konseptlə və özünəməxsusluğu ilə yaddaşlara həkk olan mağaza şəbəkəsidir "Army".
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dək, həftədə 5 gün tam iş günüdür.
Əmək haqqı 800–1000 ₼ aralığında, müsahibə əsasında dəyişə bilər.
İş yeri Bakı-Şamaxı şosesi, Hökməli dairəsi ünvanındadır.
Ali və ya orta ixtisas təhsili tələb olunur, iqtisadiyyat, mühasibat uçotu, logistika və ya əlaqəli sahələr üstünlükdür.
Müvafiq istiqamətdə ən az 1-2 il iş təcrübəsi tələb olunur.
1C proqramı və Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbar mühasibi üzrə Bakıda digər açıq elanlar.
Anbar mallarının uçotunu aparır, 1C proqramında təcrübəsi və sənəd hazırlama bacarığı tələb olunur.
Mühasibat sənədlərini hazırlamaq və yoxlamaq, 1C və Excel bilmək tələb olunur
Anbar uçotunu aparır, satış və xərclərin hesabatını hazırlamaq üçün məsuliyyət tələb olunur




