Beynəlxalq audit komandasında 3 ildən çox təcrübəsi olan audit işini idarə edir.
Vakansiya haqqında
Audit mütəxəssisi şirkətin müxtəlif biznes prosesləri üzrə daxili audit fəaliyyətlərinin həyata keçirilməsində iştirak edir, maliyyə və əməliyyat məlumatlarını təhlil edir, riskləri və daxili nəzarət boşluqlarını müəyyənləşdirir, audit nəticələrinin sənədləşdirilməsinə dəstək göstərir.
Vəzifə öhdəlikləri
- Şirkətin müxtəlif biznes prosesləri üzrə auditlərin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- Təsdiq edilmiş audit proqramına uyğun olaraq audit prosedurlarını icra etmək;
- Audit sübutlarını toplamaq, təhlil etmək və müvafiq qaydada sənədləşdirmək;
- Maliyyə və əməliyyat məlumatlarını təhlil etmək və əsaslandırılmış nəticələr hazırlamaq;
- Riskləri, daxili nəzarət çatışmazlıqlarını və müəyyən edilmiş uyğunsuzluqları aşkar etmək və qiymətləndirmək;
- Audit nəticələri və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
- Audit hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Razılaşdırılmış audit tövsiyələrinin icra vəziyyətini izləmək və nəticələri sənədləşdirmək;
- Audit komanda rəhbərinin tapşırıq və göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Audit prosesində müəyyən edilmiş məsələlərlə bağlı zəruri məlumatların toplanması və təhlilini həyata keçirmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, Audit, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Audit sahəsində 1–3 il iş təcrübəsi;
- Daxili nəzarət və risklərin qiymətləndirilməsi üzrə əsas biliklər;
- Maliyyə və əməliyyat məlumatlarının təhlili bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Audit işçi sənədlərinin və hesabatlarının hazırlanması üzrə bacarıqlar.
Üstünlük sayılır
- ACCA, CIA və ya digər peşəkar sertifikatların mövcudluğu;
- Müvafiq sertifikasiya proqramları üzrə təhsil alan namizədlər;
- Azərbaycan dili ilə yanaşı İngilis və Rus dillərində işgüzar ünsiyyət və yazılı kommunikasiya bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Detallara yüksək diqqət;
- Komandada effektiv işləmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1987 ildən etibarən Azərbaycana investisiya yatırırıq "Gilan Holdinq" 1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAudit üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarının auditində iştirak edir və müştəri ilə əlaqə qurur.
Risklərin təhlili və idarə olunması üzrə fəaliyyət göstərir, minimum 2 il təcrübə tələb olunur.
Filial və mağazalarda audit yoxlamalar aparır, mühasibat uçotu bilikləri tələb olunur.




