Maliyyə və mühasibat sənədlərini yoxlayır, audit və mühasibatlıq üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Filial və mağazalarda planlı və plandankənar audit yoxlamaların həyata keçirilməsi;
- Məhsul sayımlarının təşkili, inventar fərqlərinin araşdırılması;
- Satış menecerləri birlikdə hesablaşmaların həyata keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması;
- Mühasibat uçotu sənədlərinin düzgünlüyünün və daxili prosedurlara uyğunluğunun yoxlanılması;
- Satış, anbar və debitor borcları üzrə nəzarət etmək;
- Faktiki qalıqlarla sistem uyğunliğunun yoxlanması;
- Debitor borclarının yoxlanılması və nəzarətdə saxlanması;
- Audit nəticəsində gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Anbar və satış nöqtələrində daxili nəzarət prosedurlarına nəzarət edilməsi;
- Audit yoxlamalarının nəticələri üzrə akt, protokol və digər sənədlərin hazırlanması;
- Audit zamanı aşkarlanan problemlərin araşdırılması və həlli tədbirlər görülməsi;
- Rəhbərliklə bağlı digər tapşırıqların icra edilməsi
- Müştərilərdə mövcud olan stok qalıqlarının yoxlanılması və hesabatların hazırlanması
Namizədə tələb
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes idarəçiliyi üzrə);
- Mühasibat uçotu üzrə bilikləri;
- Analitik düşünmə, detallara diqqət və problem həll etmək;
- Hesabat materialları və məlumatların təhlilini həyata keçirmək;
- Ezamiyyətlərə açıq olmalı;
- Şəxsi avtomobilin olması vacibdir;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İşyeri: Bakı şəhəri;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Auditor” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Auditor üzrə bazar adətən 1 500–2 000 ₼ ödəyir, median — 2 000 ₼.
17 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Auditor kimi öz maaşını yoxlaŞirkət haqqında
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Həftədə 5 iş günü, 2 gün istirahət var.
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
CV-nizi elektron poçt ünvanına göndərin, email mövzusunda “Auditor” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAuditor üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını yoxlayır, audit aparır və IFRS biliklərinə malikdir.
Şirkətin struktur və bölmələrində audit yoxlamalarını aparır, minimum 2 il təcrübə tələb olunur.
Audit layihələrində iştirak edir və audit prosedurlarını həyata keçirmək üçün analitik bacarıqlara malikdir




