Fiziki şəxslərə xidmət üzrə mütəxəssis

Yelo Bank

Vakansiya haqqında

Təsvir

  • Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
  • İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
  • Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
  • İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
  • İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
  • Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
  • İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;
  • Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;
  • Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
  • Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
  • Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
  • Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;
  • Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
  • Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;
  • Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
  • Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
  • İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi - qeyd olunan sahə üzrə minimum 1 il;
  • Ünsiyyət qurmaq və satış bacarığı;
  • Riyazi biliklər;
  • Komandada işləmək bacarığı.

Biz Sizə nə təklif edirik

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Son tarix
19 sentyabr 2026

Şirkət haqqında

Yelo Bank
Banking & Financial Services · Baku
Yelo Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Anjeer
Bakı
800–900

Müştərilərə məhsul təqdim edir və satış həyata keçirmək üçün ünsiyyət bacarığı tələb olunur.

Inventory ManagementTeamworkCustomer ServiceSales+3
Müraciət etAsan müraciətAsan müraciət
JYSK
Junior · 1+ il
Maaş göstərilməyib

Müştərilərə məhsul seçimi üzrə məsləhət verir və satışları həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.

Inventory ManagementVisual merchandisingTeamworkCustomer Service+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Fiziki şəxslərə xidmət üzrə mütəxəssis
Müraciət et