Maliyyə funksiyasını idarə edir, maliyyə transformasiyası və ERP təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı;
- Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma;
- Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması;
- Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi;
- ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi;
- Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması;
- Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
- Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini);
- BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik;
- Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi;
- Komanda idarəetməsi təcrübəsi;
- Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur;
- Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə;
- Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi;
- ERP tətbiqi layihələrində iştirak təcrübəsi.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş günləri bazar ertəsindən cümə gününə qədər, saat 09:00-dan 18:00-dəkdir.
Ən azı 8 il maliyyə sahəsində təcrübə tələb olunur, onlardan 5 il rəhbər vəzifədə olmalıdır.
Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil tələb olunur.
ACCA, CIMA, CFA və ya CPA kimi beynəlxalq peşəkar sertifikatlar üstünlük hesab olunur.
Bəli, maliyyə departamentinin komandasını idarə etmək və inkişaf etdirmək bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş maliyyə mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Şirkətin maliyyə strategiyasını idarə edir və maliyyə hesabatlarını hazırlamaq üçün analitik bacarıqlara malikdir.
Şirkətin maliyyə və vergi uçotunu tam təşkil edən və hesabatları hazırlayan baş mühasib.
Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlayır, 3-5 il təcrübə tələb olunur.




