Vakansiya haqqında

Ümumi məlumat
Biz komandamıza mühasibat və vergi uçotu sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli mütəxəssis axtarırıq. Bu vəzifədə çalışan şəxs lizinq və faktorinq əməliyyatlarının uçotu, vergi və maliyyə hesabatlarının hazırlanması, eləcə də gündəlik mühasibat əməliyyatlarının icrasına cavabdeh olacaq. Dəqiq, analitik düşüncəli və yüksək həcmli əməliyyatlarla işləmə bacarığı olan namizədləri komandamızda görməkdən məmnun olarıq.
Öhdəliklər
  • Şirkətin mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
  • Lizinq və faktorinq əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
  • Lizinq/faktorinq müqavilələri, daxilolmalar və müştəri borclarının uçotu və izlənilməsi;
  • Lizinq predmetlərinin alınması, uçota alınması və müvafiq mühasibat yazılışlarının aparılması;
  • Debitor və kreditor borclarının uçotu, qarşılıqlı hesablaşmalar və üzləşdirmələrin aparılması;
  • Bank əməliyyatlarının, ödənişlərin və gündəlik mühasibat yazılışlarının icrası;
  • Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak;
  • Vergi və digər dövlət qurumları ilə mühasibatlıq üzrə zəruri işlərin aparılması;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə və saxlanılmasına nəzarət;
  • Əməliyyat həcminin artmasına uyğun olaraq mühasibat uçotu proseslərinin qurulması və təkmilləşdirilməsi.
Tələblər
  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun istiqamət üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bank, BOKT, lizinq, faktorinq və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür;
  • Vergi (əsasən ƏDV hesablaşması) və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
  • Lizinq və/və ya digər maliyyələşdirmə əməliyyatlarının uçotu üzrə bilik və ya təcrübə üstünlükdür;
  • 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • Yüksək həcmli gündəlik əməliyyatlarla işləmək, detallara diqqət və işləri prioritetləşdirmək bacarığı.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Gulfstream Distribution
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Maliyyə və vergi uçotunu aparır, 3 ildən çox baş mühasib təcrübəsi tələb olunur.

AccountingFinancial AnalysisFinancial ReportingBudget Control+6
Müraciət etAsan müraciətAsan müraciət
Şam - Fi MMC
Middle · 2–3 ilBakı
1 200–1 400

Mühasibatlıq işlərini aparır, maya dəyərinin formalaşmasını və hesabatların hazırlanmasını təmin edir, 2-3 il təcrübə tələb olunur.

AccountingCost AccountingFinancial ReportingTax Accounting+4
Müraciət etAsan müraciətAsan müraciət
Aqroman
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Şirkətin mühasibat uçotunu idarə edir və vergi qanunvericiliyini yaxşı bilməlidir.

AccountingFinancial ReportingTax LegislationFinancial Analysis+9
Müraciət etAsan müraciətAsan müraciət
Almet-STP MMC
Senior · 2+ ilSumqayıt
Maaş göstərilməyib

İstehsalat müəssisəsində maliyyə və mühasibat uçotu işlərini aparır, 2 il təcrübə tələb olunur.

AccountingFinancial ReportingCost AccountingTax Declaration+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Aparıcı baş mühasib
Müraciət et