Şirkətin maliyyə və vergi uçotunu tam təşkil edən və hesabatları hazırlayan baş mühasib.
Vakansiya haqqında
- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək;
- Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, məhsul satışının, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq;
- Dövlət büdcəsinə ödənişlərin, vergilərin, sosial sığorta ayırmalarının və digər ödənişlərin vaxtında köçürülməsini həyata keçirmək;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin edilməsi;
- Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi;
- Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi;
- Məhsulların maya dəyərinin dəqiq hesablanmasını, istehsal xərclərinin uçot siyasətinə uyğun bölüşdürülməsini və bunun üzərində nəzarətin təmin edilməsi;
- Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi;
- Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi;
- Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi;
- Vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasında və təqdim edilməsində iştirak etmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 300–2 500 ₼ ödəyir, median — 1 975 ₼.
52 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
“AMO CORPORATE GROUP” 1995-ci ildən bu yana, kənd təsərrüfatı məhsullarının istehsalı, onların idxal və ixracı, Horeca sistemi ilə çatdırılması və beynəlxalq nəqliyyat sahələrində fəaliyyət göstərən korporativ şirkətlər qrupudur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Mühasibatlıq şöbəsinin baş mütəxəssisi maliyyə uçotunu təşkil edir və 3 il təcrübə tələb olunur
Maliyyə əməliyyatlarının mühasibat uçotunu aparır və 3 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




