Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 300–1 500 ₼
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

Şirkətimiz istehsalat sahəsində fəaliyyət göstərən, məsuliyyətli və peşəkar Aparıcı mühasib axtarır.

Vəzifə öhdəlikləri:

  • Mikro proqramında mühasibat uçotunun qurulması və idarə edilməsi
  • Satınalma sifarişindən satışın reallaşmasına qədər olan bütün proseslərin təşkili və nəzarəti
  • Anbar uçotunun təşkili və nəzarəti
  • Mal-material üzrə mühasiblərlə mütəmadi üzləşmələrin aparılması
  • Debitor borcların izlənməsi və idarə olunması
  • Avans qaimələrinin hazırlanması və nəzarəti
  • Qiymət razılaşma protokollarının hazırlanması
  • Müqavilələrin tərtib edilməsi və yoxlanılması
  • Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi

Tələblər:

  • Mühasibatlıq üzrə müvafiq iş təcrübəsi-3-5 il (istehsalat sahəsində təcrübə vacibdir)
  • Mikro proqramında sərbəst işləmə bacarığı
  • Mühasibat uçotu və vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı
  • Komanda ilə işləmə və ünsiyyət bacarıqları

İş şəraiti

  • Əmək haqqı: 1300 – 1500 AZN
  • İş qrafiki: 5/2
  • İş saatı; 08.30/ 17.30
  • Nahar, servis, mobil nömrə şirkət hesabına təmin olunur.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

İsmikhanli MMCMiddle1 300–1 500 ₼2 gün əvvəl
Accounting1C ProgrammingAccounts Payable
Saf Pharma LLCMiddle1 200–1 500 ₼3 gün əvvəl
Accounting1C ERPBank Reconciliation
Bütün oxşar vakansiyalar
1 300–1 500 ₼
Aparıcı mühasib
Müraciət et