Maliyyə mütəxəssisi

CRBC Azerbaijan

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 500 ₼
Yerləşdirilib
16 iyul 2026
Dillər
English, Azerbaijani

Vakansiya haqqında

Şirkət təklif edir:

* Rəqabətli əmək haqqı;

* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

* Peşəkar inkişaf və təlim imkanları;

* Stabil və peşəkar iş mühiti.

Vəzifə öhdəlikləri

* Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılması;

* Gündəlik maliyyə əməliyyatlarının uçotu və sənədləşdirilməsi;

* Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi;

* Bank, kassa və hesablaşma əməliyyatlarının icrası;

* Elektron qaimə-fakturaların, hesab-fakturaların və müqavilələrin hazırlanması;

* Əmək haqqı, məzuniyyət, ezamiyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması;

* Debitor və kreditor borclarına nəzarət;

* SAP və ya oxşar proqramlarda mühasibat əməliyyatlarının aparılması və maliyyə proseslərinin müstəqil şəkildə icrası;

* Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibat tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

*Mühasibatlıq ixtisası üzrə ali təhsil;

* Bakalavr məzuniyyətindən sonra mühasibat ixtisası üzrə iş təcrübəsi;

* Tikinti sahəsində mühasib vəzifəsində iş təcrübəsi mütləqdir;

* SAP və ya oxşar mühasibat proqramı (ingilis dili versiyası) ilə sərbəst işləmək bacarığı;

* Bakalavr məzunları üçün IELTS (Academic) minimum 6.0 və ya ekvivalent ingilis dili biliyi;

* Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;

* Analitik düşünmə, məsuliyyətlilik və yüksək dəqiqlik;

* Komandada işləmək və vaxtın səmərəli idarə olunması bacarığı;

* Təmsilçilik qabiliyyəti və səliqəli xarici görünüş.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
800–1 500 ₼
Maliyyə mütəxəssisi
Müraciət et