Vakansiya haqqında

Concept Consulting and Management MMC restoran və catering sahəsində həyata keçirdiyi layihələrin genişlənməsi ilə əlaqədar mühasibatlıq şöbəsini gücləndirir.

Biz sadəcə gündəlik mühasibat əməliyyatlarını icra edən əməkdaş axtarmırıq; biz mühasibat uçotunun bütün əsas sahələrini bilən, rəqəmlərin arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edən və həll yolları təklif edən, məsuliyyət götürməkdən çəkinməyən güclü mütəxəssis axtarırıq.

Bu vəzifəyə seçiləcək şəxs şirkətin mühasibatlıq proseslərinin inkişafında aktiv iştirak edəcək və perspektivdə Baş mühasib vəzifəsini tam şəkildə üzərinə götürmək üçün hazırlanacaq.

Əsas vəzifələr:

  • Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək;
  • Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarını idarə etmək və nəzarətdə saxlamaq;
  • Təchizatçılar və digər qarşı tərəflərlə hesablaşmaları və üzləşdirmələri aparmaq;
  • Anbar və mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
  • Restoran və catering fəaliyyətinə xas satış, alış, anbar, istehsal və digər əməliyyatların uçotunu koordinasiya etmək;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
  • Vergi, DSMF və digər məcburi hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Debitor və kreditor borcların vəziyyətini təhlil etmək;
  • Maliyyə göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
  • Mühasibatlıq proseslərində səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən etmək;
  • Mövcud proseslərin təkmilləşdirilməsi və daha effektiv uçot sisteminin qurulması üzrə təkliflər vermək, süni intellektin bu sahədə tətbiqində maraqlı olmaq
  • Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
  • Şirkətin böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə vermək.

Namizədə tələblər:

  • Aparıcı mühasib vəzifəsində minimum 2–3 il iş təcrübəsi;
  • Ümumi mühasibatlıq sahəsində 5+ il peşəkar təcrübə;
  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Vergi və əmək qanunvericiliyi üzrə yaxşı bilik;
  • IIKO proqramında işləmək bacarığı arzuolunandır;
  • MS Excel üzrə yaxşı bilik;
  • Mühasibat uçotunun bütün əsas sahələrini müstəqil şəkildə idarə edə bilmək bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
  • Analitik düşüncə və yüksək məsuliyyət hissi;
  • Rəqəmlərlə dəqiq və sistemli işləmə bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
  • Baş mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.

İş şəraiti

  • İş yeri: Bakı, 8 Noyabr pr. 23
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Müraciət üçün mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Son tarix
11 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Aqroman
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Şirkətin mühasibat uçotunu idarə edir və vergi qanunvericiliyini yaxşı bilməlidir.

AccountingFinancial ReportingTax LegislationFinancial Analysis+9
Müraciət etAsan müraciətAsan müraciət
Sophie Couture
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Mühasibatlıq və vergi hesabatlarını idarə edir, 1C 8.3 və vergi qanunlarını yaxşı bilir.

AccountingFinancial Reporting1C 8.3Tax Legislation+7
Müraciət et
My Product MMC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Şirkətin mühasibat və vergi uçotunu aparır, minimum 2 il təcrübə tələb olunur.

AccountingFinancial ReportingFinancial AnalysisTax Reporting+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Aparıcı mühasib
Müraciət et