Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Əsas öhdəliklər:
- Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- İlkin mühasibat sənədlərinin yoxlanılması və müvafiq sistemə işlənilməsi;
- Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
- Vergi və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
- Vergi bəyannamələrinin və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya müvafiq ixtisas üzrə olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
- Aparıcı mühasib və ya uyğun vəzifə üzrə minimum 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Excel proqramında işləmək bacarığı;
- Elektron vergi və mühasibat sistemləri üzrə biliklər;
- Mühasibat və maliyyə məlumatlarını təhlil etmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və dürüstlük;
- Etik davranış prinsiplərinə riayət etmək;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarığı.
Təklif edirik:
- Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən);
- 5 günlük iş qrafiki;
- Şirkət tərəfindən nahar təminatı;
- Peşəkar və dinamik iş mühiti.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Aparıcı Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 300–2 500 ₼ ödəyir, median — 1 975 ₼.
52 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Improve Group müxtəlif sahələri — lounge-restoran şəbəkələri, oyun mərkəzləri, təlim-tədris mərkəzi, mətbəə, promo və reklam xidmətləri mərkəzini vahid komanda ruhu ilə birləşdirən yaradıcı və inkişafyönümlü bir şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
5 günlük iş qrafiki tətbiq olunur.
Əmək haqqı 1000–1500 manat arasında dəyişir.
İş yeri Bakı şəhərindədir.
Ali təhsil tələb olunur, maliyyə və ya mühasibatlıq üstünlükdür.
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi tələb olunur.
CV-ni “Aparıcı Mühasib” başlığı ilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Şirkətin gündəlik mühasibat əməliyyatlarını aparır, 2-4 il təcrübəsi olmalıdır
Gündəlik mühasibat və vergi uçotunu aparır, 3 il təcrübəsi və 1C bilikləri tələb olunur
Şirkətin mühasibat uçotunu tam aparır, 2 il mühasibat təcrübəsi tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




