Şirkətin maliyyə və vergi uçotunu tam təşkil edən və hesabatları hazırlayan baş mühasib.
Vakansiya haqqında
Azərbaycanda yeni fəaliyyətə başlamış xarici şirkət üçün təcili olaraq “Baş Mühasib” axtarılır.
Yeni yaranmış komandanın bir parçası olub komanda ilə böyümək şansınız var.
VAKANSİYA: MÜHASİB
Vəzifə öhdəlikləri:
Təşkilatın daxili mühasibat uçotunun aparılması.
Aylıq hesabatların hazırlanması.
Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi.
Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi.
Müştərilərlə üzləşmə (üzləşdirmə) aktlarının hazırlanması və imzalanmasının təmin edilməsi.
İnternet bankçılıq vasitəsilə bank ödənişlərinin həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının mühasibat proqramına işlənməsi.
Mühasibat uçotu qaydalarına uyğun mühasibat yazılışlarının (müxabirləşmələrin) aparılması.
Əməkdaşların əmək haqlarının hesablanması.
Əsas vəsaitlərin uçotunun və inventarizasiyanın aparılması.
Məzuniyyət haqlarının, xəstəlik vərəqələri üzrə ödənişlərin, mükafatların və işdən çıxarkən son haqq-hesabların hesablanması və ödənişlərinin həyata keçirilməsi.
DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi.
Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
Əmək haqqı ilə bağlı Vergi orqanları, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların hazırlanması.
Xarici iqtisadi fəaliyyət (XİF/VƏD) üzrə əməliyyatların aparılması: idxal, ixrac, gömrük xərcləri və müvafiq sənədlərin uçotu.
ASAN DOC və ASAN İMZA ilə işləmək.
Tələblər:
Təhsil: ali.
İş təcrübəsi: 2 il+.
Yaş: 25–65 yaş.
Cins: kişi və ya qadın.
Vergi qanunvericiliyini yaxşı bilmək.
Azərbaycan dilini mükəmməl bilmək.
Rus dilini ən azı danışıq səviyyəsində bilmək; mükəmməl bilən namizədlərə üstünlük verilir.
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
1C proqramını mükəmməl bilmək və praktiki iş təcrübəsi.
ASAN DOC və ASAN İMZA ilə işləmək bacarığı.
XİF/VƏD üzrə iş təcrübəsi: idxal, ixrac, gömrük əməliyyatları və xərclərin uçotu.
DSMF, statistika, məşğulluq və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə.
EVHF, elektron qaimə-fakturaların (E-qaimə) və hesab-fakturaların hazırlanması.
Online Kargüzarlıq sistemi ilə işləmək bacarığı.
e-gov.az və e-taxes.gov.az portallarından sərbəst istifadə etmək.
BTP proqramında işləmək bacarığı.
Məsuliyyətli, diqqətli, ünsiyyətcil və aktiv olmaq.
Komandada işləmək bacarığı və əmək intizamı qaydalarına riayət etmək.
Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək və tələb olunan hesabat və məlumatları vaxtında hazırlayıb təqdim etmək.
İş şəraiti:
Əmək haqqı: 1000 azn-dən başlayaraq (net - xalis, vergilər və məcburi tutulmalar çıxıldıqdan sonra).
Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
Qanunvericiliyə uyğun ödənişli illik məzuniyyət.
İş qrafiki: həftədə 5 gün, 09:00–18:00.
Stabil iş və rahat iş şəraiti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 300–2 500 ₼ ödəyir, median — 1 975 ₼.
52 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş həftədə 5 gün, saat 09:00–18:00 arasıdır.
Əmək haqqı 1000 azn-dən başlayır, net məbləğdir.
Bəli, rəsmi əmək müqaviləsi ilə işə qəbul edilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçQanunvericiliyə uyğun ödənişli illik məzuniyyət verilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə uçotunu aparır, vergi və hesabatları hazırlayır, 2 il təcrübə tələb olunur.
Gündəlik mühasibat və vergi uçotunu aparır, 3 il təcrübəsi və 1C bilikləri tələb olunur
Şirkətin gündəlik mühasibat əməliyyatlarını aparır, 2-4 il təcrübəsi olmalıdır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




