Mühasibatlıq əməliyyatlarını aparır, vergi və maliyyə hesabatlarını hazırlayır.
Vakansiya haqqında
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
Fəaliyyət sahəsi: Avtoservis və ehtiyat hissələrinin satışı;
İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə qısaldılmış iş günü);
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tam və dəqiq aparılması;
İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər ödənişlərinin düzgün hesablanması və rəsmiləşdirilməsi;
Vergi (ƏDV, ÖMV, mənfəət, əmlak və s.), DSMF, Məşğulluq və Statistika hesabatlarının hazırlanıb aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
1C proqramında avtoservis fəaliyyəti (ehtiyat hissələrinin anbar uçotu, mədaxil-məxaric əməliyyatları, göstərilən xidmətlərin rəsmiləşdirilməsi) üzrə əməliyyatların düzgün uçotuna nəzarət edilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların, e-qaimələrin tərtib olunması, göndərilməsi və təsdiqlənməsi;
Bank əməliyyatlarının həyata keçirilməsi, debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin edilməsi;
Rəhbərliyə tələb olunan maliyyə və daxili uçot hesabatlarının hazırlanaraq təqdim edilməsi.
Namizədə dair tələblər:
Təhsil: Maliyyə, mühasibat uçotu və ya texniki sahədə ali təhsil;
İş təcrübəsi: Baş mühasib və ya mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi (Avtoservis, istehsalat və ya xidmət sahəsində təcrübə arzuolunandır);
Sertifikatlar: Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləq üstünlükdür;
Proqram bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel) və 1C (8.3 versiyası) proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
Qanunvericilik: AR Vergi Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən bilmək;
Şəxsi keyfiyyətlər: Yüksək riyazi-analitik düşünmə qabiliyyəti, məsuliyyət, dəqiqlik, komanda idarəetmə bacarığı.
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərə vergi uyğunluğu xidmətləri göstərmək və mühasibatlıq üzrə bilik tələb olunur.
Mühasibat və vergi uçotu əməliyyatlarını icra etmək, Excel biliyi yüksək.
Mühasibat uçotunu aparır və peşəkar mühasib sertifikatına malik olmalıdır.


