Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir.
Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. Vəzifə öhdəlikləri
- Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
- İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması;
- Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması;
- ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi;
- DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;
- İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət;
- Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
- Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət;
- Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi;
- Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması;
- İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu;
- Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması;
- Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması;
- Şirkətin gəlir və xərclərinin təhlil edilməsi;
- Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi;
- Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması;
- Məhsul və xidmətlərin maya dəyərinin hesablanması;
- Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi;
- Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması;
- Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması;
- Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi;
- Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
- Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
- Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı;
- Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə;
- Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət;
- Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
- Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı;
- PMS sertifikatının olması üstünlükdür.